1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


FİNTEX SAMMİT - MALİYYƏ VƏ TEXNOLOGİYALAR SƏRGİSİ 14-15 may 2020-ci il tarixlərində Bakı şəhərində keçiriləcək
20.02.2020

Sammitin mövzusu “Bankçılıq və Ödəniş Ekosistemində Yeni Trendlər: İnnovativ Həllər, Maliyyə Texnologiyaları və Təhlükəsizlik” olacaq. Tədbir “VISA” tərəfdaşlığı və Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Respublikası Mərkəzi Bankı, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dəstəyi ilə keçirilir. 

Sammitin “landing” səhifəsi: https://www.gbmevents.az/az/event/fintex-sammit-2020-maliyye-ve-texnologiyalar-expo

İki günlük bu tədbir Bakıda illik olaraq təşkil edilən iki tədbirdən biridir. (digəri isə hər il noyabr ayında baş tutan BEYNƏLXALQ BANKÇILIQ FORUMUDUR https://www.gbmevents.az/en/events). və regionun ən qabaqcıl maliyyə və bankçılıq tədbiridir. 

Sammit maliyyə texnologiyaları, rəqəmsallaşma, ödənişlər ekosistemi sahəsində yeni və qarşıdan gələn trendlər ilə bağlı fikir və təcrübə mübadiləsi üçün platforma olmaq məqsədi daşıyır. Bu platforma yeni maliyyə və bankçılıq məhsullarının, innovativ ödəmə həllərinin, rəqəmsal valyutaların, banklar və fintexlərin əməkdaşlıq imkanlarının və belə yeni texnologiyaların geniş vüsət alması ilə paralel yarana biləcək təhlükəsizlik çağırışlarının müzakirəsinə imkan yaradan məkandır. Bura həm də bu cür yeni məhsul və xidmətlər üçün hüquqi bazanın yaradılması ilə bağlı ən yaxşı təcrübələrin nəzərdən keçirildiyi və bu proseslərin maliyyə dayanıqlılığı və maliyyə inklüzivliyinin möhkəmləndirilməsinə və müştəri məmnuniyyətinə göstərdiyi təsirin öyrənildiyi yerdir.

Sammit müvafiq dövlət orqanlarının, maliyyə və bankçılıq üzrə tənzimləyici orqanların baş icraçı direktorları və menecmentini, kommersiya banklarının və maliyyə texnologiyaları şirkətlərinin yuxarı menecmentini, kommersiya və ictimai təşkilatlarının menecerlərini, digər qərarverici və təsiredici şəxsləri, bir sıra beynəlxalq maliyyə institutları və yerli səfirliklərin nümayəndələrini, akademikləri, maliyyə və bankçılıq məhsulları və xidmətləri təklif edən qabaqcıl şirkətləri və digər maraqlı tərəfləri bir araya toplayır.

Sammit çərçivəsində “Maliyyə və Rəqəmsal Texnologiyalar Günləri” elan ediləcək və əlaqədar olaraq müxtəlif kənar tədbirlər (görüşlər, seminarlar, müsabiqələr və s.) də keçiriləcək.


           Forumun əsas mövzuları:

Banklar və Fintex: inkişaf edən münasibətlər

Ödənişlər və bank xidmətləri

Bankların elektron ticarətdə meydana çıxan rolu 

Robotexnikaya keçid

Hüquqi çərçivə

Kiber təhdidlər və təhlükəsizlik

Pərakəndə bankçılıq: Daha güclü

Açıq bankçılıq: dəyişən maliyyə xidmətləri

Kriptosistem

Ağıllı bank texnologiyaları

Maliyyə xidmətlərində trendlər

Müştəri mərkəzli dünya (müştəri mərkəzlilik)

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment