1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Unibank bu dəfə də səyahətsevərlərin yanındadır
19.02.2020

Artıq üçüncü ildir ki, intellektual səyahətsevərlərin sevimli yarışması olan “Traveler’s Mind”, 2020-ci ildə də sürprizlərlə doludur. Pulsuz səyahət imkanı qazandıran “UniMiles” kartının baş sponsorluğu və “Vizam.az”ın təşkilatçılığı ilə keçirilən oyunda, bu il 4 intellektual səyyah Cənubi Afrikaya səyahət edəcək.

“Traveler’s Mind” 2020-ci il üçün yeni strukturla, əsrarəngiz bir ölkəyə hədiyyəsi ilə sizə yenidən adrenalin dolu günlər yaşadacaq! Yarış bu il iki mərhələdən – Seçmə Oyun və Final Oyun – ibarət olmaqla, 2 gün fərqli tarixlərdə keçiriləcək. “Traveler’s Mind” oyununun builki qalib komandası bütün heyəti ilə Bakı-Keyptaun-Bakı istiqamətinə bilet hədiyyə qazanacaq. 

Hər il olduğu kimi bu il də mövzular səyahət, ölkələr, ümumi coğrafiya, səyahətlə bağlı kinolar, kitablarla əlaqəli olacaq. 

Tədbirin detalları ilə buradan keçid alaraq tanış ola bilərsiniz: https://bit.ly/38qh0am

Qeydiyyatdan isə bu link https://bit.ly/2DejoDE vasitəsilə keçə bilərsiniz. 

Xatırladaq ki, 2018-ci il yarışının qalib komandası Praqaya, 2019-cu ilin qalib komandası isə Rio de Janeyroya pulsuz gediş-gəlişi bileti əldə etmişdir. 

“Unibank”ın baş sponsorluğu, “Vizam.az”ın təşkilatçılığı ilə keçirilən “Traveler’s  Mind: Cape Town Edition” tədbirinə “Gəzəyənlər” səyahət cəmiyyəti də dəstək olanlar sırasındadır.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment