1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


Azərbaycan Respublikası Aqrar Sığorta Fondunun nümayəndələri ilə görüş keçirilib
19.02.2020

Azərbaycan Sığortaçılar Assosasiyası İctimai Birliyinin (ASA İB) ofisində Azərbaycan Respublikası Aqrar Sığorta Fondunun nümayəndələri ilə görüş keçirilib

Baki, FinanceTime.  Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2019-cu ilin avqust ayında "Aqrar sığorta haqqında" Qanunun tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə Fərman imzalanmışdı. Qanunun tətbiqinə 2020-ci ilin əvvəlindən etibarən başlanıldı və bu sahədə mühüm addımlar atıldı. İlk olaraq Aqrar Sığorta Fondu yaradıldı və onun fəaliyyət mexanizmi quruldu.

Artan təbii fəlakətlər və digər risklər kənd təsərrüfatı ilə məşğul olan və qazancını bu sahədən əldə edən şəxslərə çətinliklər yaradırdı. Dəyən maddi zərərin ödənilməsində çətinlik ölkədə aqrar sığortanın tətbiqini zəruri edir. Odur ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli, 1138 saylı Fərmanı ilə qəbul edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalına dair Strateji Yol Xəritəsi” və “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi” ilə ölkədə aqrar sığorta sisteminin yaradılması prioritet hədəf kimi müəyyən edilmişdir. Aqrar sığorta fermerlərin təbii fəlakətlərdən və ya digər səbəblərdən yaranacaq itkilərinin qarşısının alınması və gəlirlərinin qorunması üçün bir mexanizmdir. 

Bununla əlaqədar olaraq ASA İB-nin təşkilatçılığı ilə sığorta şirkətlərinin rəhbər şəxsləri – sədr və sədr müavinləri və Aqrar Sığorta Fondunun rəhbər şəxsləri - Fuad Sadıqov və Firdovsi Ağaşirinovun iştirakı ilə  görüş keçirildi. Keçirilən görüşdə rəhbərlərə aqrar sığorta modelinin tətbiqi ilə əlaqədar olaraq görülən işlər və gələcəkdə görülməsi planlaşdırılan işlər barədə məlumat verildi. Bundan əlavə aqrar sığorta modelinin xüsusiyyətləri, idarəetmə mexanizmi, aqrar sığorta sahəsinin potensialı və qarşıya qoyulan hədəflər barəsində rəhbərlər məlumatlandırıldı.  

ASA İB ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərin hüquqi bərabərliyi prinsipləri əsasında yaradılan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-hökumət təşkilatıdır. Azərbaycanın sığorta bazarında fəaliyyət göstərən 21 sığorta şirkəti və 1 təkrarsığorta şirkəti “Azərbaycan Sığortaçılar Assosiasiyası” İB-nin üzvüdür.


 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment