1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Ölkədə ilk dəfə olaraq UNEC-də distant formada tədrisə başlanılıb
18.02.2020

UNEC-də distant təhsillə bağlı pilot layihə həyata keçirilir.

Bu gündən humanitar fənlərin tədrisi alternativ kimi distant formada da təşkil olunub.

UNEC Externdə ilk olaraq Maliyyə və mühasibat fakültəsində 2019/2020-ci tədris ilinin yaz semestrində “Multikulturalizmə giriş” və “Sosiologiya” fənlərinin distant formada tədrisinə başlanıb. 1-ci kursda əyani təhsil alan tələbələrdən könüllülük prinsipi əsasında 24 tələbə seçilərək, distant formada təhsilə cəlb olunub.  

Həmin fənləri distant formada dinləmək istəyən tələbələrin adları EDUMAN sistemində distant formada tədris üçün yaradılan fənn üzrə qruplara daxil edilib. Müəllimlər studiyalardan onlayn apardıqları dərslərdə öncədən EDUMAN sisteminə yüklənən tədris materiallarından istifadə edirlər. Tələbənin davamiyyəti və qiymətləndirilməsi isə müvafiq qaydalara uyğun elektron jurnalda aparılır.

Sonda imtahanlar adi qaydada, tələbələrin fiziki iştirakı ilə təşkil olunacaq. Distant qrupun imtahan nəticələri digər qrupların imtahan nəticələri ilə müqayisə olunacaq və nəticələr təhlil ediləcək.

Qeyd edək ki, ən müasir texniki avadanlıqlarla təchiz olunan “UNEC Extern”də 6 tədris studiyası var. UNEC-in “Elektron universitet” sistemi və UNEC Externdə yaradılan müasir standartlara uyğun infrastruktur distant təhsilin tam əyanidəki kimi aparılmasına imkan verir. Burada auditoriyaları studiyalar əvəz edir ki, onların tərtibatı və təchizatı bir çox ABŞ və Avropa universitetlərinin analoji mərkəzlərindən daha üstün təşkil edilib. Onlayn tədris aparılan studiyalarda elektron kürsü, xüsusi sensor lövhə, monitor, HD kamera və səs avadanlıqları quraşdırılıb. 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment