1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Rəqəmsal iqtisadiyyata həsr olunan beynəlxalq konfransın Bəyannaməsi qəbul olunub
17.02.2020

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) keçirilən “Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real imkanlar” mövzusunda beynəlxalq konfrans başa çatıb.

Konfransın ikinci günü “Rəqəmsal iqtisadiyyat və İKT” kafedrasının müdiri, akademik Əli Abbasovun moderatorluğu ilə plenar müzakirələr keçirilib. Akademik Ə.Abbasov “Azərbaycanda rəqəmsal iqtisadiyyat, gələcəyə baxış və xarici əməkdaşlıq” mövzusunda geniş təqdimatla çıxış edib. Bildirib ki, konfransda rəqəmsal iqtisadiyyata akademik baxış ortaya qoyulub, eyni zamanda real sektorun bu istiqamətdə fəaliyyəti geniş təhlil edilib.

Sonra isə türkiyəli, estoniyalı alimlərın təqdimatları dinlənilib. Təqdimatlarda  rəqəmsal iqtisadiyyatın riskləri və həlli yollarından danışılıb, rəqəmsal iqtisadiyyatla bağlı son trendlər açıqlanıb. Eləcə də Estoniyanın dövlət sektorunda rəqəmsal çevrilmə prosesi barədə ətraflı məlumat verilib.

Konfrans çərçivəsində, həmçinin informasiya texnologiyaları şirkətlərinin panel təqdimatları olub. İlk təqdimatla “AzerTelecom” MMC-nin Baş icraçı direktoru Fuad Allahverdiyev çıxış edib. O, rəhbəri olduğu şirkətin beynəlxalq və regional layihələrindən danışıb.

Daha sonra konfrans iştirakçiları “Sinam” şirkətinin fəaliyyət sahələri barədə məlumat əldə ediblər. Şirkətin prezidenti Elçin Əliyev təqdimatında proqram təminatı və elektron xidmətlər istiqamətində həyata keçirdikləri yenilikləri paylaşıb.

“Azərkosmos” ASC-nin sədr müavini Dunay Bədirxanov isə Rəqəmsal transformasiyada insan kapitalının rolundan danışıb. O, rəqəmsal iqtisadiyyat sahəsində kadr hazırlığı istiqamətində “Azərkosmos”la Təhsil Nazirliyinin birgə həyata keçirdiyi layihələrdən də söz açıb.

Bundan başqa, “Rəqəmsal transformasiyada texnoloji”, “Humanitar və etik problemlər”, “Rəqəmsal valyutalar və elektron ticarət: potensial risklər və faydalar”, “Ağıllı şəhər: beynəlxalq təcrübə” adlı bölmə iclaslarında da konfransın mövzusuna aid alimlərin çıxışları olub, müzakirələr aparılıb.

Plenar məruzələr və bölmə iclaslarından sonra beynəlxalq konfransın yekun tədbiri keçirilib. Burada dünyanın 20-dən çox ölkəsindən elmi və beynəlxalq təşkilatları təmsil edən iştirakçıların adından konfransın Bəyannaməsi qəbul olunub.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment