1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


BMqT region gəncləri üçün biznes təlimlərinə başlayır
14.02.2020

Baki, FinanceTime.  Beynəlxalq Miqrasiya Təşkilatının Quba, Qusar, Xaçmaz, Masallı, Lənkəran, Astara regionları və Gəncə şəhərindən olan gənclər üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti ilə yaxın əməkdaşlıq şəraitində biznes təlimlərinə başlayır. Təlimlər BMqT-nin 2018-ci ilin sentyabr ayından etibarən Azərbaycan Respublikası Hökuməti ilə birgə Amerika Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Dayanıqlıq naminə ictimai fəaliyyət” layihəsi çərçivəsində təşkil olunur. 

Layihə çərçivəsində gənclərin inkişafına istiqamətlənmiş müxtəlif fəaliyyət növləri – özünəməşğulluğa, əməkbazarına çıxışa dəstək, potensialların artırılması və s. nəzərdə tutulmuşdur. Bu fəaliyyətlərdən biri də region gəncləri üçün kiçik biznes təlimlərinin təşkilidir. Bu məqsədlə, Quba, Lənkəran və Gəncə şəhərlərində ümumilikdə altmış gənc üçün üç günlük intensiv kiçik biznes təlimləri təşkil olunacaqdır. Təlimi uğurla başa vurmuş və biznes planı qiymətləndirmə komissiyası tərəfindən yüksək qiymətləndirilmiş iştirakçılara mikro sahibkarlıq fəaliyyətlərini həyata keçirmək üçün qeyri-nağd dəstək göstəriləcəkdir.

Üç günlük biznes təlimləri fevral-mart aylarında keçiriləcəkdir. İlkin seçim mərhələsini keçmiş gənclər təlimlərə dəvət olunacaqdır. Təlimlərdə tam və aktiv iştirak edən gənclər biznes ideyalarının reallaşdırılmasına əlavə dəstək üçün biznes plan təqdim etmək hüququ əldə edəcəkdir. 

Təlimlərin vaxtı və iştirak meyarları haqda ətraflı məlumat ilə burada tanış ola bilərsiniz: https://azerbaijan.iom.int/news/busines-trainings-youth-regions-region-gnclri-ucun-biznes-tlimlr

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment