1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Premium Bank Visa Platinum Miles və Visa Signature Miles kartlarında ödənişsiz “Visa Fast Line” xidmətini təqdim edir
12.02.2020

“Premium Bank” növbəti dəfə öz müştərilərini sevindirir, daha rahat və təhlükəsiz səfərlər etməyə təklif edir. Artıq “Visa Platinum Miles” və “Visa Signature Miles” plastik kartlarının sahibləri Heydər Əliyev adına Beynəlxalq Hava Limanında pulsuz olaraq yeni “Visa Fast Line” xidmətindən yararlana bilərlər. Qeyd etmək istəyirik ki, sərnişinlər sözügedən xidmətdən heç bir məhdudiyyət olmadan 01.06.2020-ci il tarixinə kimi istifadə edə bilərlər. Bu tarixdən sonra Visa Platinum Miles üçün ildə 2 dəfə, Visa Signature Miles üçün ildə 10 dəfə bu xidmət pulsuz olacaq. Kart sahibləri həm özləri, həm də eyni reyslə onlarla birgə səfər edən uşaqları (2 yaşına qədər) üçün bu xidmətdən istifadə imkanı əldə edirlər.


Visa (Miles) bonus kartı üçün mövcud üstünlüklər aşağıdakılardır: 

Reys üzrə sürətli qeydiyyat proseduru;

Baqajın sürətlə təhvil verilməsi və aviasiya təhlükəsizliyi yoxlamasından sürətlə keçmə;

Uçuş və gəliş zamanı pasport nəzarətindən növbəsiz keçmə.


Xidmətlər aşağıdakı bölmələrdən ibarətdir:

Uçuş – “Salam Gold” servisinin bu xidmətində “Heydər Əliyev adına Beynəlxalq Hava Limanı” texnologiyası üzrə sürətli qeydiyyat prosesi və baqajın sürətlə təhvil verilməsi nəzərdə tutulur.

Gəliş – “Salam Gold” servisinin bu xidmətində gəliş zamanı “Heydər Əliyev adına Beynəlxalq Hava Limanı” texnologiyası üzrə sürətli qeydiyyat prosesi nəzərdə tutulur. 


“FastLine”/Uçuş xidmətindən necə yararlanmaq olar?

7. Bonus kartının sahibi 1 və ya 2 saylı terminalda “Salam Service” masasına yaxınlaşır və “Salam Gold” xidməti üçün ərizə təqdim edir. Ərizəni əvvəlcədən *1888 (Azərbaycan üçün qaynar xətt), +994 12 497 27 72, +994 12 497 27 92, +994 50 446 27 72, +994 55 446 27 72 telefon nömrələrinə zəng etməklə və ya reservations@vipavia.az e-poçt ünvanına məktub göndərməklə təqdim etməyinizi tövsiyə edirik.

8. Ərizəni qəbul etdikdən sonra hava limanının əməkdaşları sərnişinə hansı girişdən istifadə etməli olması barədə məlumat verirlər.

9. Hava limanının əməkdaşı sərnişini terminalın müvafiq girişinin qarşısında xüsusi lövhəcik ilə qarşılayır.

10. Hava limanının əməkdaşı və sərnişin ödəniş kartının yoxlanılması üçün “Salam Service” masasına yaxınlaşır.

11. Ödəniş kartı yoxlamadan uğurla keçəndən sonra sərnişinə portye xidməti təklif olunur.

12. Hava limanının əməkdaşı sərnişini qeydiyyat masasına qədər yola salır və onu növbəsiz qeydiyyatdan keçirir. Lazım olduqda, gömrük bəyannaməsinin doldurulmasına kömək göstərilə bilər. Daxili prosedurlardan sonra sərnişini ümumi gözləmə zalına ötürürlər. Miniyin başlanması elan edildikdən sonra hava limanının əməkdaşı sərnişini təyyarəyə minik üçün müvafiq çıxışa qədər yola salır.


“FastLine”/Gəliş xidmətindən necə istifadə etmək olar?

Bonus kartının sahibi gəlişdən ən azı 3 saat əvvəl bu xidmətdən istifadə üçün ərizə təqdim etməlidir.

Ərizəni *1888 (Azərbaycan üçün qaynar xətt), +994 12 497 27 72, +994 12 497 27 92, +994 50 446 27 72, +994 55 446 27 72 telefon nömrələrinə zəng etməklə və ya reservations@vipavia.az e-poçt ünvanına məktub göndərməklə təqdim etmək mümkündür.

Hava limanının əməkdaşı sərnişini 1 saylı terminal zonasında ad və soyadın yazıldığı xüsusi lövhəcik ilə qarşılayır.

Görüşdən sonra hava limanının əməkdaşı sərnişindən onun pasportunu tələb edir. Pasport məlumatlarının ərizədə qeyd edilən məlumatlar ilə uyğunluğuna əmin olduqdan sonra əməkdaş sərnişini sərhəd zonasının qarşısındakı xüsusi masaya yola salır.

Əgər ödəniş kartı yoxlamadan uğurla keçərsə, sərnişin agentin müşayiəti ilə xüsusi masalarda (pasport və sərhəd nəzarəti) uçuş sonrası rəsmi prosedurlardan növbəsiz keçir.


Qeyd: Bu xidmət “Visa Platinum Miles” və “Visa Signature Miles” kartlarının sahibləri üçündür.

Bu kartları aşağıdakı müvafiq linklərə daxil olaraq, onlayn rejimdə sifariş edə bilərsiniz:

“Visa Platinum Miles”: https://www.premiumbank.az/ru/for-life/miles-kartlar/miles-kartlar-types/visa-platinum-miles/

“Visa Signature Miles”: https://www.premiumbank.az/ru/for-life/miles-kartlar/miles-kartlar-types/visa-signature-miles-1/

Bankımızın digər məhsul və xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün www.premiumbank.az internet səhifəsinə, rəsmi Facebook səhifəmizə www.fb.com/premiumbank.az daxil olun və ya  (012) 931 nömrəsi ilə Məlumat Mərkəzinə zəng edin.


 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment