1 USD 1.7000   1 EUR 1.9035   1 AED 0.4629   1 ARS 0.0284   1 AUD 1.1882   1 BRL 0.4200   1 BYN 0.8080   1 CAD 1.3007   1 CHF 1.7479   100 CLP 0.2275   1 CNY 0.2435   1 CZK 0.0748   1 DKK 0.2548   1 EGP 0.1060   1 GBP 2.2284   1 GEL 0.5936   1 HKD 0.2183   100 IDR 0.0122   1 ILS 0.4915   1 INR 0.0238   100 IRR 0.0040   100 JPY 1.5578   1 KGS 0.0243   100 KRW 0.1470   1 KWD 5.6030   1 KZT 0.0045   100 LBP 0.1128   1 MDL 0.0986   1 MXN 0.0904   1 MYR 0.4134   1 NOK 0.1931   1 NZD 1.1410   1 PLN 0.4466   1 RUB 0.0274   1 SAR 0.4530   1 SDR 2.3463   1 SEK 0.1824   1 SGD 1.2596   1 TJS 0.1753   1 TMT 0.4857   1 TRY 0.2858   1 TWD 0.0565   1 UAH 0.0714   100 UZS 0.0179   1 XAG 30.4661   1 XAU 2574.8115   1 XPD 3240.8884   1 XPT 1615.7480   1 ZAR 0.1214   
           
AMB kursu / Məzənnələr

 

 

Dr. Kamran Beydullayev

«Mərkəzi Gömrük Hospitalı»,
m.r.c.s., ümumi cərrah, transplantoloq
ətraflı məlumat
 
Oruc Ibrahimov

«AtaBank» ASC, Biznesin İnkişafı Departamentinin Direktoru
sual vermək
cavablara baxmaq
 
Dr. Səidə Kərimova

«Mərkəzi Gömrük Hospitalı»,
Fizioterapevt-reabilitoloq
ətraflı məlumat
 
Çimnaz Qasımova

İnsan Resursları sahəsində məsləhətçi, Kouç, Təlimçi
sual vermək
cavablara baxmaq
 













Digər xəbərlər


Azərbaycanın turizm imkanları İsraildə təqdim olunur
12.02.2020

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ölkəni təmsil edən turizm şirkətləri İsrailin Təl-Əviv şəhərində keçirilən “Beynəlxalq Aralıq dənizi Turizm Bazarı” (IMTM 2020) sərgisində iştirak edir.

Sərgidə Azərbaycanı 80 kv. metrlik stendlə 4 hotel, 3 turoperator və “Dağ Yəhudiləri Muzeyi” təmsil edir.

Azərbaycan Turizm Bürosunun Baş İcraçı Direktorunun müavini Bəhruz Əsgərov bildirib ki, İsrail son illər turizm üzrə Azərbaycana maraq göstərən ölkələr arasında xüsusilə seçilir. O, İsrail bazarının Azərbaycan üçün vacibliyini qeyd edərək ötən illərlə müqayisədə israilli turistlərin sayında artım olduğunu və Azərbaycana marağı daha da artırmaq üçün yeni turizm məhsullarının hazırlandığını diqqətə çatdırıb: “Əminliklə demək olar ki, göstəricilər daha da artacaq, çünki zəngin turizm potensialı, Azərbaycandakı qədim yəhudi irsi, iki xalq arasında dostluq münasibətləri, qarşılıqlı maraqlar faydalı əməkdaşlıq üçün geniş imkanlar yaradır”.

2019-cu ildə Azərbaycana səfər edən İsrail vətəndaşlarının sayı 47 min nəfər təşkil edib ki, bu da 2018-ci illə müqayisədə 66.8% artım deməkdir. Bu ilin yanvar ayında isə Azərbaycana 1722 İsrail vətəndaşı gəlib və bu da 2019-cu ilin yanvar ayı ilə müqayisədə 158% artım hesab olunur.

Azərbaycan Turizm Bürsounun Beynəlxalq bazarların idarəedilməsi departamentinin əməkdaşı Rüfət Sadıxov 2019-cu ildə də İsraildən olan bir sıra media nümayəndələri və turizm agentlikləri üçün inforturların  təşkil olunduğunu, təbliğat tədbirlərinin bu il də davam etdiriləcəyini vurğulayıb. O əlavə edib ki, israilli turistlərin marağına səbəb olan əsas turizm növlərindən biri də sağlamlıq turizmidir və bu səbəbdən Qalaaltı, Duzdağ, Naftalan kimi sağlamlıq turizminin mövcud olduğu yerlər barəsində daha intensiv tədbirlər görüləcək. 

Sərgi çərçivəsində İsraildə ilk dəfə “Dağ Yəhudiləri Muzeyi”nin təqdimatı da baş tutub. Bu barədə danışan muzeyin icraçı direktoru İqor Şaulov bildirib ki, Qubada yaradılan muzey artıq test rejimində fəaliyyətdədir və yaxın zamanlarda rəsmi açılışı baş tutacaq. Azərbaycan stendini ziyarət edənlər muzeyə və Azərbaycandakı yəhudi irsinə böyük maraq göstərirlər. Burada vətənimiz Azərbaycanı təmil etməklə Azərbaycan və İsrail xalqları arasında mövcud dostluq münasibətlərinə töhfə verməkdən çox məmnunuq”. 

Qeyd edək ki, Qubada yerləşən “Qırmızı Qəsəbə” dünya üzrə dağ yəhudilərinin kompakt şəkildə yaşadığı yeganə məkan olaraq multikulturalizmin ən bariz nümunələrindən biri kimi əsrlərdir qorunub saxlanılır.

Azərbaycana olan maraq nəzərə alınaraq Azərbaycan Turizm Bürosu tərəfindən Bakı, Quba, Oğuz, İsmayıllı və yəhudi irsinin mövcud olduğu digər bölgələri əhatə edən turizm marşrutu hazırlanır.  

Fevralın 12-dək davam edəcək sərgi çərçivəsində yerli və beynəlxalq turizm şirkətləri ilə, həmçinin İsrail turizm agentlikləri ilə B2B (Biznesdən-biznesə) formatlı görüşlər keçirilir, əməkdaşlıq imkanları qiymətləndirilir.

Azərbaycan stendində təmsil olunan "PAŞA Travel" şirkətinin Marketinq və ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Abdurəhmanova bildirib ki, ikitərəfli biznes əlaqələri üçün İsrail uğurlu və perspektivli istiqamətdir. “İsrailli turistlər aktiv istirahəti sevirlər, onlar təkcə Bakıya deyil, Azərbaycanın digər guşələrinə də səfərlər edirlər. İsrailli turistlər üçün bir sıra turizm məhsulları yaradılır ki, burada ivrit dilində bələdçi xidmətinin olması, koşer yeməkləri və digər məqamlar nəzərə alınır. Ötən il yəhudilərin Pesax bayramı zamanı israilli turistlərin Azərbaycana gəlməsini asanlaşdırmaq üçün 3 çarter reysi də təşkil etmişik”, deyə o əlavə edib. 

1994-cü ildən bəri hər il keçirilən “Beynəlxalq Aralıq dənizi Turizm Bazarı” sərgisinə ötən il 57 ölkədən 1870 iştirakçı qatılıb və sərgi 27 minə yaxın insan tərəfindən ziyarət edilib.

 


     



04.02.2020
Mircəlal Kazımi
Mərkəzi Gömrük Hospitalının cərrah-transplantoloqu
25.11.2019
Yevgeniya Qaşikulina
AccessBank-ın İdarə Heyəti sədrinin birinci müavini
23.10.2019
Emin Hacıbalayev
Mərkəzi Gömrük Hospitalının invaziv kardioloqu
12.07.2019
Mojtaba Haşemzadeh
Mərkəzi Gömrük Hospitalın yüksək ixtisaslı bariatrik cərrahı, tibb elmləri üzrə fəlsəfə doktoru
 
04.07.2019
Vagif Babayev
AccessBank-ın kiçik və orta sahibkarlıq üzrə icraçı direktoru
26.02.2019
Elçin Həsənov
Bank VTB (Azərbaycan) -ın orta və kiçik müştərilərlə iş idarəsinin Rəisi
06.11.2018
Rövşən Allahverdiyev
Kapital Bank-ın İdarə Heyətinin sədri
18.09.2018
Qoşqar Həsənov
“AtaSığorta” şirkətinin Idarə Heyətinin Sədr Müavini


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment