1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Heydər Əliyev Beynəlxalq Aeroportunda gözə görünməyən məhdudiyyətləri...
11.02.2020

Heydər Əliyev Beynəlxalq Aeroportu postsovet məkanında ilk dəfə olaraq “gözə görünməyən” və ya “gizli” məhdudiyyətləri olan sərnişinlərə xüsusi yardım təklif etməyə başlamışdır.

Gözə görünməyən məhdudiyyətlərə demensiya, Altsheymer, autizm və s. daxildir.

Bu cür əlilliyi olan insanlar zahiri heç bir sağlamlıq və yaxud hərəkət məhdudiyyəti göstərmir, lakin hava limanının işçiləri tərəfindən əlavə dəstək və diqqətə ehtiyac duyurlar. 

Layihənin əsas məqsədi xüsusi ehtiyacları olan sərnişinlər üçün uçuşları daha rahat və az həyəcanlı etməkdir.

Paytaxt hava limanı “Birgə və Sağlam” İctimai Birliyi tərəfindən verilmiş və yaxud müvafiq beynəlxalq vəsiqə olduğu təqdirdə gözə görünməyən məhdudiyyətləri olan sərnişinə prioritet qaydada xidmət göstərəcək.

Hava limanında bu cür sənəd təqdim edən sərnişinlərə gizli əlilliyin beynəlxalq simvolu olan sarı günəbaxan naxışlı müvafiq lanyard veriləcək. Lanyard Heydər Əliyev Beynəlxalq Aeroportunda aviasiya təhlükəsizliyi, qeydiyyat, habelə sərhəd və gömrük xidmətləri əməkdaşlarına görünməz əlilliyi olan sərnişinləri müəyyənləşdirməyə kömək edəcək.

“Hava səyahətləri autizm diaqnozlu uşaqlar və böyüklər, eləcə də onların ailələri və səyahət yoldaşları üçün xüsusi problemlər yarada bilər. Şadam ki, fərqli inkişaf özəllikləri olan uşaqlara həsr olunan 1-ci “Fərqli Fərdlər” konqresinin təşkilatçısı “CEO” şirkətinin, Autizm sindromlu uşaqlar üçün Reabilitasiya Mərkəzinin dəstəyi ilə fərqli inkişaf xüsusiyyətlərinə malik olan sərnişinlər üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda əlçatan bir mühitin yaradılmasına töhfə verən ilklərdən olduq. "Azərbaycan Hava Yolları" QSC Mərkəzlə birgə layihələrə, autist spektrin pozulması olan uşaqlara xüsusi diqqət yetirərək, dəstək verməyə davam edəcək", –  AZAL-ın icraçı direktorunun birinci müavini Cəmil Manizadə bildirmişdir.

“Autizm spektr pozuntusu diaqnozlu uşaqlar dünyanı bir qədər fərqli qavrayır, ətraf mühit bəzən onlara qıcıqlandırıcı təsir göstərə bilər. Lakin onlar xeyirxah və mərhəmətlidirlər. AZAL və Heydər Əliyev Beynəlxalq Aeroportuna məhdudiyyətləri olan insanlara rahat və yüksək keyfiyyətli xidmət göstərdikləri üçün təşəkkürümüzü bildiririk”, – “Birgə və Sağlam” İctimai Birliyinin sədri Aytən Eynalova bildirmişdir.

Uçuş öncəsi yoxlama, gömrük və sərhəd nəzarəti prosedurları haqqında əlavə məlumatı Heydər Əliyev Beynəlxalq Aeroportunun rəsmi saytından, həmçinin videodan əldə edə bilərsiniz: https://youtu.be/ZqhETqItNwc 


 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment