1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Amrahbank ilə Səudiyyə İnkişaf Fondu arasında əməkdaşlıq barəsində müqavilə imzalanması üzrə razılıq əldə olundu
10.02.2020

Baki, FinanceTime.  Amrahbank ilə Səudiyyə İnkişaf  Fondu arasında əməkdaşlıq barəsində müqavilənin imzalanması üzrə razılıq əldə olundu. Bu məqsədlə 10.02.2020-ci il tarixində Amrahbank ASC-nin Baş ofisində təşkil olunmuş görüşdə Səudiyyə İnkişaf Fondundan Eksport üzrə Maliyyə direktoru cənab Ali Algarni, Hesablaşmalar və Monitorinq Departamentinin rəhbəri cənab Mohammed Altombkti, marketinq mütəxəssisi cənab Navaf Alojruşun, Amrahbank ASC-nin struktur rəhbərləri, iş adamları, o cümlədən Gənc Sahibkarlar Birliyinin, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOB) nümayəndələri iştirak etdilər. 

Görüşün birinci hissəsində Amrahbank ASC ilə Səudiyyə İnkişaf Fondu arasında rəsmi amakdaşlıq barəsində razılıq əldə olundu. Razılığa əsasən Bankın müştəriləri Səudiyyə Ərəbistanından göndərilən məhsul və xidmət növlərinin, eləcə də Azərbaycanda real sektorun maliyyələşdirilməsində birgə əməkdaşlıq ediləcəkdir. Qeyd edək ki, belə bir razılşmanın rəsmiləşməsi Azərbaycan və Səudiyyə Ərəbistanı arasında ticarət əlaqələrinin inkişafına dəstək verəcək.

Görüşün ikinci hissəsində Səudiyyə İnkişaf Fondunun fəaliyyəti üzrə təqdimat keçirildi. Fondun fəaliyyəti ilə bağlı görüşün iştirakçıları arasında interaktiv müzakirələr aparıldı.








Nəzərinizə çatdırırıq ki, Amrahbank yarandığı gündən bu günə qədər beynəlxalq əlaqələrə böyük əhəmiyyət verir. Bu gün əldə olunan razılaşma bu strategiyanın uğurlu davamıdır. Bu da Banka müştərilərin kredit və ticarət maliyyələşməsi üzrə ehtiyaclarını daha tam ödəməyə imkan yaradacaqdır.

Səudiyyə İnkişaf Fondu ilə Amrahbank 2011-ci ildən fəal əməkdaşlıq edir. Xarici banklarla müxbir münasibətlər, beynəlxalq maliyyələşmə və ticarətin maliyyələşdirilməsi Amrahbank fəaliyyətinin mühüm istiqamətlərindən biridir. Amrahbank Kuwait Finance House Group, Islamic Trade Finance Corporation (ITFC), Islamic Corporation for the Development of the Private Sector (ICD), OPEC Fund for International Development (OFID), Gulf Finance House kimi beynəlxalq maliyyə institutları ilə uğurlu əməkdaşlıq qurmuşdur.

Amrahbank: Sizə açıq və aydın bank!


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment