1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Yeni turizm məhsullarının təqdimatı keçirilib
10.02.2020

Baki, FinanceTime.  Fevralın 7-də Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ölkənin turizm sektorunu təmsil edən 100-dən çox şirkət nümayəndələri ilə baş tutan “Destinasiyanın inkişafı platforması” adlı tədbirdə yeni turizm məhsullarının nümayişi və təqdimatı keçirilib.

Tədbirdə “İter Vitis” şərab marşrutu barədə məlumat verilib, “azerbaijanwine.az” saytı nümayiş olunub və şərab istehsalı ilə məşğul olan yerli şirkət nümayəndələri fəaliyyət göstərdikləri sahə üzrə təqdimat keçiriblər.

Sanatoriya, kurort və tibb müəssisələrini təmsil edən nümayəndələr tərəfindən auditoriyaya Azərbaycanda sağlamlıq turizmi üzrə mövcud imkanlar haqda ümumi məlumatlar təqdim olunub.

Silsilə təqdimatlarda, həmçinin Azərbaycanın qolf turizmi üzrə imkanları və turizm sərgilərində faydalı iştirakın təşkili qaydaları barədə məlumat verilib.

Qeyd edək ki, Azərbaycan Turizm Bürosu tərəfindən turizm sektorunun təmsilçilərinə il ərzində mövzular üzrə rüblük təqdimatların keçirilməsi nəzərdə tutulub. 



 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment