1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalında “Kolorektal cərrahiyyədə müasir yanaşmalar” mövzusunda seminar keçirilib
10.02.2020

Baki, FinanceTime.  8 fevral 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalında “Kolorektal cərrahiyyədə müasir yanaşmalar” mövzusunda seminar keçirilib.Seminarın açılış mərasimində Mərkəzi Gömrük Hospitalının rəisi Elman Məmmədov,  Azərbaycan Kolon Rektum Cərrahi Dərnəyinin sədri Xaləddin Musayev və Türkiyə Kolorektal Cərrahiyyə Dərnəyinin sədri Ayhan Kuzu seminar iştirakçılarını salamlayıb, dünyada və ölkəmizdə kolorektal cərrahiyyənin vəziyyəti, tibbin son yenilikləri haqqında məlumat veriblər. Tədbirdə Azərbaycanın aparıcı dövlət və özəl tibb müəssisələrində çalışan kolorektal cərrahiyyə sahəsi üzrə məşhur yüksəkixtisaslı mütəxəssislər və ümumi cərrahlar iştirak ediblər. Rəsmi açılışın sonunda  Mərkəzi Gömrük Hospitalının fəaliyyətini və nailiyyətlərini əks etdirən video çarx nümayiş edilib.

Avropa Koloproktoloji Dərnəyinin Azərbaycan üzrə milli təmsilçisi, Azərbaycan Kolon və Rektum Cərrahi Dərnəyinin elmi katibi və Mərkəzi Gömrük Hospitalının ümumi cərrahı Aynur Səfiyevanın moderatorluğu ilə keçirilən seminarda Türkiyə Kolorektal Cərrahiyyə Dərnəyinin sədri professor Ayhan Kuzu “Sağ hemikolektomiyalarda doğru disseksiya planı”, “Sol hemikolektomiya və rektum cərrahiyyəsində doğru disseksiya planı”, “Rektum xərçəngində qeyri-cərrahi müalicə” və “Rektum cərrahiyyəsində ileostomiyanın yeri” mövzularında çıxış edib, kolorektal cərrahiyyə sahəsində yeniliklərdən danışıb. 

Mərkəzi Gömrük Hospitalının Ümumi cərrahiyyə şöbəsinin rəisi Namiq Novruzov və ümumi cərrahı Aynur Səfiyeva “Kolorektal cərrahiyyədə Mərkəzi Gömrük Hospitalının təcrübəsi” ilə bağlı təqdimatla çıxış ediblər və auditoriyanı maraqlandıran sualları cavablandırıblar. Seminar iştirakçıları müzakirələrdə fəal iştirak ediblər. Onlar kolorektal xəstəliklərin müalicəsində keyfiyyətli və doğru yanaşmanı təmin edən müalicə prinsipləri mövzusunda  debatlar aparıblar. 

Tədbirin sonunda Mərkəzi Gömrük Hospitalının kollektivi adından professor Ayhan Kuzuya təşəkkür plaketi təqdim olunub. Seminar Mərkəzi Gömrük Hospitalının facebook səhifəsi https://www.facebook.com/customshospital üzərindən canlı yayımlanıb.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment