1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Xarici dilləri Azercell-lə öyrən!
07.02.2020

“Azercell Telekom” MMC dünyaca məşhur “Busuu” tətbiqini abunəçilərinə xüsusi şərtlərlə təklif edir

Baki, FinanceTime.  Müasir texnologiyaların təqdim etdiyi sonsuz imkanları abunəçiləri üçün əlçatan etməyi hədəfləyən Azercell Telekom, rəqəmsal məhsullar portfelini növbəti dəfə zənginləşdirir və xarici dilləri öyrənmək ,dil biliklərini inkişaf etdirmək istəyən abunəçiləri üçün “Busuu” tətbiqini təqdim edir. 

Xarici dil öyrənmək üçün dünyanın 10 ən yaxşı mobil tətbiqi sırasında yer alan “Busuu”nun hazırda 90 milyondan artıq istifadəçisi var. “Busuu” virtual xarici dil müəllimi olaraq, eyni anda 12 dil (ingilis, rus, italiyan, alman, fransız, ispan, portuqal, Çin, yapon, türk, ərəb və polyak) öyrənmək, xüsusi proqramla hazırlanmış qrammatika, yazı, dinləmə və danışıq məşqlərinə qatılmaq, “Busuu” sosial şəbəkəsində yeni dostlar qazanıb, onlarla ünsiyyət quraraq dil biliklərini genişləndirmək və Beynəlxalq McGraw-Hill sertifikatını əldə etmək imkanlarını bir arada cəmləyir. Xidmətin daha bir üstünlüyü də odur ki, qeydiyyatdan keçdikdən sonra hər bir tələbənin bilik səviyyəsi yoxlanır və o müvafiq dərs qrupuna təyin edilir.  

Həm iOS, həm də Android əməliyyat sistemlərində çalışan “Busuu” tətbiqini App Store və ya Play Store-dan yüklədikdən sonra, 0.20 AZN ödəməklə günlük paketi və ya 3 AZN ödəməklə aylıq paketi aktiv etmək mümkündür. Xidmətə qoşulma qaydası çox sadədir: günlük paketə abunə olmaq üçün smartfonun ekranında *696#YES, aylıq paket üçün isə *969#yes komandasının yığılması kifayətdir. 

Azercell-lə “Busuu” artıq hər kəs üçün əlçatan oldu! Xarici dil biliklərinizi vaxtınıza qənaət edərək “Busuu” ilə təkmilləşdirin!

Xidmət haqqında ətraflı məlumat üçün: https://www.azercell.com/az/personal/services/partner_services/busuu/ səhifəsinə daxil olun.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment