1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Bank BTB ilə kartları ovla, hədiyyə qazan!
07.02.2020

Baki, FinanceTime. Bank BTB-nin Facebook istifadəçiləri üçün hazırladığı “Kart Ovçusu” oyunu bütün oyun həvəskarlarına Bank BTB-dən Visa Classic kartlarını əldə etmək şansı qazandırır. Asudə vaxtını səmərəli keçirməklə hədiyyə qazanmaq istəyən, Bank BTB-nin əməkdaşı olmayan 18 yaşlı hər bir facebook istifadəçisi oyunda iştirak edə bilər. 

Qeyd edək ki, onlayn davam edən yarışmanın məqsədi nağdsız əməliyyatları təşviq etmək məqsədilə kart satışlarının stimullaşdırılmasıdır. 

Yarışmaya başlamaq üçün ilk öncə Bank BTB-nin rəsmi Facobook https://www.facebook.com/bankbtb/ səhifəsini bəyənmək və azı bir dostunu paylaşımın şərh bölməsinə qeyd etmək lazım olacaq. Daha sonra, istifadəçilər qeyd olunan link https://cardhunter.btb.az/ vasitəsilə oyuna keçid ala bilərlər. Oyuna başlamadan öncə müsabiqə qaydaları ilə tanış olmaq tövsiyə olunur.

Qaydalarına əsasən, 6 patronla oyuna başlayan istifadəçi hədəfləri düzgün nişan alaraq 60 san-lik oyunun müddətini istədiyi qədər uzada bilər.  Hər oyunun sonunda cədvəldə ən yüksək xal toplayan şəxslər ilk 10-luğu formalaşdıracaqlar. Oyun sonunda ekranda görünən “Nəticəni paylaş” düyməsinə keçid etməklə arzu edən hər kəs yığdığı xalları şəxsi profilində paylaşa bilər. Beləcə, sağlam rəqabətli oyun mühitində davam edən yarışmada avtomatik olaraq sistem tərəfindən ilk 3 yeri tutmuş şəxslər qalib elan olunacaq.

Qaliblər 3 həftə davam edən yarşmada hər həftə 1-ci, 2-ci və 3-cü yer üzrə müvafiq olaraq 150 AZN, 100 AZN və 50 AZN-lik pulsuz Visa Classic kartlara sahib olacaqlar. Həmçinin, Paşa Həyatın təqdim etdiyi “100 QAT SIĞORTA” məhsulu üzrə 1000 manat dəyərində həyat sığortası qazanacaqlar. 

Yarışma 3 həftə - I həftə (7-14 fevral), II həftə (17-24 fevral), III həftə (26 fevral-4mart) davam edəcək. Yığılan xalların sırflanması üçün texniki işlərin aparılması məqsədilə həftələrarası 1 gün oyun deaktiv ediləcək. Onu da bildirək ki, qalib seçilən şəxslər növbəti həftələrdə yenidən qalib elan oluna bilməz. 

Məlumat üçün bildirək ki, Bank “BTB” 2010–cu ildə təsis olunub və universal bank olaraq bütün növ bank xidmətlərini göstərir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment