1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalının Pediatriya şöbəsinin rəisi, uzman pediatr-neonatoloq Telman Aytayev
29.01.2020

Mərkəzi Gömrük Hospitalının Pediatriya şöbəsinin rəisi, uzman pediatr-neonatoloq Telman Aytayev  “Həkim məsləhəti” rubrikasında  yoluxucu qrip-influenza viral infeksiyası ilə bağlı sualımızı cavablandırır. Qış aylarının başlaması ilə uşaqların qrip xəstəliyinə tutulması halları da çoxalır. Uşaqlarda qrip xəstəliyi  bəzən ağır fəsadlarla nəticələnə bilir.

- Doktor, yoluxucu qrip infeksiyası uşaqlarda hansı əlamətlərlə müşahidə olunur və hansı fəsadları yaradır?

- Qrip xəstəliyini törədən bir çox viruslar var. Lakin, onların içində uşaqlarda daha çox fəsad yaradan influenza virusudur. Bu virus anidən başlayan 39 dərəcəni keçən qızdırma, halsızlıq, şiddətli əzələ və oynaq ağrıları, iştahsızlıq, titrəmə, baş ağrısı, öskürək kimi əlamətlərlə müşahidə olunur. Hava-damcı yolu ilə ötürülən virus qripin müalicəsi gecikdirildikdə ağciyərdə pnevmoniya, bronxiolit və qulaqlarda otit kimi qripin ən çox rast gəlinən fəsadlarını yarada bilər. Ən riskli qrup isə həyatının ilk 3 ayını yaşayan körpələrdir.

- Doktor, profilaktika üçün hansı tədbirləri etmək lazımdır? 

- Qrip epidemiyaları zamanı insanların yoluxmasının qarşısını almaq üçün vaksinasiya ən səmərəli üsullardan biridir. Qrip əleyhinə vurulmuş “Vaxigrip”  peyvəndi  qrip virusuna qarşı orqanizmin immunitetini artırır və  onların sağlamlığının qorunmasına yardım edir. Mərkəzi Gömrük Hospitalında qrip virusuna qarşı Fransanın "Sanofi Pasteur" şirkətinin istehsalı olan “Vaxigrip” peyvəndi tətbiq edilir. Vaksinasiya adətən dekabr ayına qədər tətbiq olunur. Lakin hər hansı səbəbdən peyvənd edilməyibsə, epidemiyanın qızğın çağında vaksinasiyaya etmək olar ki, bu da ağır qrip riskini azaltmağa kömək edir.Virusa qarşı anticisimlər vaksinasiyadan 10-15 gün sonra yaranaraq ən azı 1 il ərzində orqanizmdə qalır və insan orqanizmi bu xəstəlikdən qoruyur.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment