1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Bank BTB 2019-cu ildə mənfəətini əhəmiyyətli dərəcədə artırıb
27.01.2020

Baki, FinanceTime. Bank BTB 2019-cu ili 7 milyon 523 min manat xalis mənfəət ilə başa vurub. Belə ki, bu göstərici 2018-ci ilin xalis mənfəəti ilə müqayisədə 9.7 dəfə çox, yəni, 6 milyon 819 min manat deməkdir. 2019-cu ilin göstəricilərinə əsasən Bank BTB-nin cəmi aktivləri 341 milyon 542 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 % artım deməkdir.

Bank BTB 2019-cu ildə müştərilərini kredit məhsulları ilə təmin etmiş və həmin dövr ərzində kredit portfelini 14% artıraraq ümumi kredit portfelini 212 934 min AZN-ə çatdırmış, bununla da kreditləşmədə ciddi artım əldə etmişdir. 

Müştəri portfelini genişləndirən Bank BTB 2019-cu il dövrü ərzində fiziki şəxs müştərilərinin sayında 5%, hüquqi şəxs müştərilərinin sayında 26%, plastik kartların sayında 31%, nağdsız əməliyyatlar üzrə dövriyyədə isə 20% artıma nail olmuşdur. 

2018-ci il ilə müqayisədə 2019-cu ildə Bank BTB-nın faiz gəlirləri 2 milyon 949 min manat, yəni 15% artaraq 22 milyon 17 min manat, qeyri-faiz gəlirləri isə 210 min manat və ya 3% artaraq 6 milyon 797 min manat təşkil edib.

Hər il olduğu kimi 2019-cu il dövrü ərzində də Bank BTB təklif etdiyi kredit məhsulları və əlçatan xidmətləri ilə müştərilərin inam və etimadını qoruyub saxlaya bilmişdir. Bunun nəticəsi olaraq, 2019-cu ildə bankın depozit portfeli 133 milyon 344 min manata çatmışdır. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 8% çoxdur. Qeyd edək ki, müştəri depozitləri əsasən tələbli və müddətli hesablarda uyğun olaraq 32% və 68 % nisbətində cəmlənmişdir.

 Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ildə Bank BTB-nin faiz xərcləri 900 min manat, yəni 8% artaraq 11 milyon 788 min manat, qeyri-faiz xərcləri isə 1 milyon 133 min manat, yəni 8% artaraq 14 milyon 472 min manat təşkil edib.  

 “2019-cu il Bank BTB üçün çox uğurlu olub, bunu bütün biznes göstəriciləri üzrə əldə etdiyimiz uğurlu maliyyə nəticələri təsdiqləyir. Bu, müştərilərə keyfiyyətli maliyyə xidmətləri göstərən komandamızın gərgin əməyinin nəticəsidir. Bu il bankın yeni biznes strategiyasının birinci ilini tamamladıq. Strategiyamıza uyğun olaraq 2020-ci il üçün daha da iddialı hədəflərimiz var.” – deyə “Bank BTB”nın İdarə Heyəti sədrinin birinci müavini Rüfət Abbasov qeyd edib.

Onu da qeyd edək ki, Bank BTB onlayn müraciət kanallarını genişləndirərək Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələri ilə yanaşı 055 3000 946 WhatsApp (https://wa.me/994553000946) nömrəsini də müştərilərinin ixtiyarına verib. Həmçinin, bu və digər məhsul və kampaniyalarımız haqqında (012) 946 nömrəli Məlumat Mərkəzindən və www.btb.az rəsmi saytından məlumat ala bilərsiniz.

”Məlumat üçün, Bank “BTB” 2010–cu ildə təsis olunub və universal bank olaraq bütün növ bank xidmətlərini göstərir.



 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment