1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Tamkart istifadəçiləri üçün şəxsi kabinet istifadəyə verildi!
27.01.2020

Baki, FinanceTime. İndi Tamkart sahibləri öz kart hesablarına və alış-verişlərinə yeni istifadəyə verilmiş Şəxsi kabinet xidməti vasitəsilə 24 saat ərzində onlayn nəzarət edə biləcəklər. Azərbaycan Beynəlxalq Bankı yeni məhsullarından olan Tamkartın sahibləri üçün şəxsi kabinet yaradıb. Tamkart istifadəçiləri indiyə qədər Bankın IBAm mobil əlavəsi vasitəsilə bütün kart əməliyyatlarını nəzarətdə saxlaya bilirdilər. Şəxsi kabinet isə müştərilərə bu əməliyyatlardan əlavə, ümumi borc, əsas borc, ona hesablanmış faizlər, ödənilməli olan məbləğlər, bankla tərəfdaş ticarət-xidmət müəssisələrində aparılmış taksit əməliyyatları, onların ödənişləri və s. barədə digər zəruri məlumatları da anında əldə etmək imkanı verir.

Bu yeni imkandan yararlanmaq üçün https://cabinet.tamkart.az saytını açmaq və Şəxsi kabinet bölməsinə daxil olmaq kifayətdir. Şəxsi kabinetdə Tamkart üzrə məlumatlara baxmaq üçün heç bir qeydiyyata ehtiyac yoxdur. Tamkart sahibinin şəxsiyyət vəsiqəsinin FİN kodunu, mobil telefon nömrəsini və istifadəsində olan Tamkartın son 4 rəqəmini Şəxsi kabinet bölməsində tələb olunan xanalara daxil etməsi kifayətdir. Şəxsi kabinet gələcəkdə bankın IBAm mobil əlavəsinə də inteqrasiya olunacaq. Tamkart istifadəçiləri şəxsi kabinetlərindəki həmin məlumatları IBAm-dan əldə edə biləcəklər.

Tamkartın əsas özəlliyi isə onun eyni anda iki kartı -  debet və kredit kartlarını özündə birləşdirməsidir. Bu kartın sahibləri Azərbaycan Beynəlxalq Bankı ilə layihə çərçivəsində əməkdaşlıq edən bütün məkanlarda istədikləri məhsulun qiymətini bərabər hissələrə bölərək, 24 ayadək müddətə taksitlə ödəyə bilərlər. Digər istənilən növ əməliyyatlar zamanı isə müştərilərə tam 1 ay faizsiz güzəşt müddəti imkanı yaradılıb. Hər iki kart üzrə SMS xəbərdarlıq xidməti pulsuzdur.

Tamkart məhsulunun üstünlükləri bununla da bitmir. Belə ki, sözügedən kart öz sahiblərinə istənilən alış – veriş məkanında, o cümlədən onlayn ticarətdə nağdsız ödənişlər zamanı minimum 2% həcmində kəşbək qazandırır. Bəzi tərəfdaş məkanlarda isə kəşbək faizi 20% - dək çata bilər. Üstəlik, bu özəllik Tamkartı təşkil edən hər iki karta – həm debet, həm də kredit kartına aiddir. Daha bir vacib məqam isə odur ki, Tamkart debet vasitəsilə Azərbaycan Beynəlxalq Bankına məxsus bankomatlardan nağd vəsaitin çıxarılmasına görə heç bir komisyon haqqı tətbiq edilmir.

Tamkart haqqında daha ətraflı məlumatları məhsulun rəsmi internet səhifəsi olan www.tamkart.az saytından, yaxud https://www.facebook.com/tamkart.az/ facebook səhifəsindən əldə etmək və kartı sifariş vermək olar.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment