1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Dövlət Agentliyi Dünya İqtisadi Forumunda təmsil olunub
24.01.2020

21-24 yanvar 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda iştirak edib.  Dövlət Agentliyinin ikinci dəfə təmsil olunduğu Dünya İqtisadi Forumuna  bu il 117 ölkədən 3000 iştirakçı qatılıb.  

Forumda Dövlət Agentliyini Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) direktoru Fariz Cəfərov, “İnnovasiyalar Mərkəzi” MMC-nin direktoru Tağı Tağızadə və EHİM-in departament rəhbəri Soltan Bayramov təmsil ediblər. 

Dövlət Agentliyinin nümayəndə heyəti “Dünyanın rifahı naminə innovasiyaların inteqrasiyası” mövzusunda 2-ci illik Ekosistem Toplantısına qatılıb. 

Forum çərçivəsində keçirilən görüşlərdə “ASAN xidmət”, “myGov”,  “ASAN Viza”, “e-satınalma”, “e-agro”, “INNOLAND” və digər layihələr təqdim olunub. Həmçinin müasir texnologiyaların tətbiqi, innovasiyalar və startaplara dəstək sahəsində təcrübə mübadiləsi, investisiyaların cəlb edilməsi, Azərbaycanın qeyd olunan layihələrinin digər ölkələrdə tətbiqi ilə bağlı əməkdaşlıq imkanları müzakirə edilib. 

Eyni zamanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün Azərbaycanın rəqəmsal hökumət sahəsində gördüyü işlər, dövlət xidmətlərinin vətəndaşlara çatdırılmasında süni intellektin və digər innovativ həllərin tətbiqi haqqında da Forum iştirakçılarına məlumat verilib.

Artıq 50 ildir ənənəvi olaraq İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun bu ilki illik toplantısı yubiley toplantısı olaraq yadda qalıb. 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment