1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Mastercard” və tərəfdaşları iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün "Qiymətsiz Planet Koalisiyası" yaradıblar
22.01.2020

Koalisiya üzvləri 5 il ərzində 100 milyon ağac əkmək üçün istehlakçı və şirkətləri bu təşəbbüsə qatılmağa dəvət edir

 “Mastercard” şirkəti "Qiymətsiz Planet Koalisiyası"nın yaradıldığını elan edib.  Koalisiya korporativ dayanıqlılıq səylərini birləşdirmək və ətraf mühiti qorumaq üçün düşünülmüş yatırımlar etməyi təmin edən unikal platformadır. "Qiymətsiz Planet Koalisiyası" 5 il ərzində 100 milyon ağac əkməyi vəd edir. 

Ətraf mühitə ixrac edilən karbon tullantılarını azaltmağa kömək etmək üçün şirkətlərin enerjiyə qənaət edən iş yerlərinə və əməliyyatlara investisiya qoymaları, həmçinin bərpa olunan enerjidən istifadə etmələri və dayanıqlı tədarük zəncirini dəstəkləmələri həlledici faktordur. 

"Kim olduğunuzdan və nə etməyinizdən asılı olmayaraq, iqlim dəyişikliyi sizə təsir edir. Lakin, o, ən böyük mənfi təsirini sosial və iqtisadi cəhətdən həssas olanlara göstərir. Artıq ətraf mühitdə buraxdığımız izlərə laqeyd olmağın vaxtı keçib. Hazırki kursumuzu dəyişdirmək və hamımızı daha yaxşı gələcəyə hazırlamaq üçün ən yaxşı şansımız şirkətlər və istehlakçıları ortaq bir hədəfə doğru eyni istiqamətə yönəltməkdir,"- deyə “Mastercard”ın prezidenti və baş icraçı direktoru Ajay Banqa bildirib. 

“Mastercard” və onun müştərilərinin xidmətləri təxminən 3 milyard istehlakçı və korporativ kart sahiblərini əhatə edir. Bu yeni öhdəliyin əsas elementlərindən biri həmin insanları hərəkətə keçməyə ruhlandırmaqdır.

İştirakçı şirkətlər öz dayanaqlılıq strategiyalarını həyata keçirməyə davam etdirməklə yanaşı, həm də Koalisiya daxilində birgə kampaniyalar üçün də əməkdaşlıq edəcəklər. Kampaniya London, Nyu York, Stokholm, Helsinki, Ankara, Barselona və bir çox tərəfdaş şəhərlərdə başladılacaq.

Paralel olaraq, “Mastercard”ın korporativ kart müştəriləri, öz işçilərinin səyahət, alış-veriş və xidmətlər üçün kart ödənişləri zamanı Koalisiyanın ağacəkmə təşəbbüslərinə töhfə verə biləcəklər. 

Kampaniyaya maraq göstərən maliyyə qurumları, ticarətçilər, istehlakçılar və dünyanın dörd bir tərəfindəki rəqəmsal tərəfdaşlar bu işdə iştirak etməyə və həmçinin ağacəkmə proqramına töhfə vermək üçün istehlakçı və işçiləri cəlb etməyə dəvət olunurlar. 

“Mastercard”ın qlobal ödəmə infrastrukturu kampaniyaya töhfə vermək üçün bır sıra aparıcı pərakəndə mərkəzlərində "yuvarlaqlaşdırma" kimi əlavə üsullar təqdim edir. Bu üsul vasitəsilə kart sahibi istehlakçılar ödəniş nöqtəsində öz ödənişlərinə "ağacəkmə ianəsi" də əlavə edə bilərlər.


Mastercard haqqında

Mastercard (NYSE: MA), www.mastercard.com, qlobal ödənişlər sənayesində bir texnologiya şirkətidir. Bizim qlobal ödənişlər şəbəkəmiz 210-dan çox ölkə və ərazidə yerləşən istehlakçılar, maliyyə qurumları, ticarətçilər, hökumətlər və şirkətləri birləşdirir. Mastercard məhsulları və həlləri alış-veriş, səyahət, biznes məşğulluğu və maliyyə idarəçiliyi kimi gündəlik ticarət fəaliyyətlərini hər kəs üçün daha asan, təhlükəsiz və səmərəli edir. Bizi @MastercardNews Twitter səhifəmizdə izləyə, Tranzaskiyadan Daha Artıq Bloqundakı (Beyond Transaction Blog) müzakirələrə qoşula və ən son xəbərlər üçün Öhədlik Bürosuna (Engagement Bureau) abunə ola bilərsiniz.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment