1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalının ümumi cərrah Bəxtiyar Musayev canlı yayımda çıxış edəcək
17.01.2020

Baki, FinanceTime.  Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı ümumi cərrahı Bəxtiyar Musayev 24 yanvar  2020-ci il tarixində saat 16.00-da canlı yayımda “Öd daşı xəstəliyi və onun ağırlaşmaları” mövzusunda çıxış edəcək və izləyicilərin  suallarınını cavablandıracaq. 

Dr. Bəxtiyar Musayev ölkəmizdə endoskopik əməliyyatları ilk aparanlardan biridir. Belə ki, 1982-ci ildən diaqnostik laparoskopik müdaxilələr, 90-cı illərin ortasından isə endoskopik cərrahi müdaxilələri icra etməyə başlamışdır. Keçmiş SSRİ məkanında qaraciyərin punksiyaları və perkutan qaraciyərdaxili müdaxilələrin aparılmasında pionerlərdən olaraq ilk dəfə 1984-cü ildən başlayaraq ölkəmizdə bu əməliyyatları icra etmişdir.

Bəxtiyar Musayev ümumi cərrahiyyə və qastroenterologiya sahəsində, o cümlədən qaraciyər, öd kisəsi və öd axarları, mədəaltı vəzi, qida borusu, mədə, nazik və yoğun bağırsaq, dalaq xəstəlikləri üzrə təcrübəli mütəxəssis olaraq qarın boşluğu üzvləri üzərində bütün növ açıq və laparoskopik əməliyyatları həyata keçirir.  O, 1982-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirdikdən sonra 1982-1983-cü illərdə Bakı şəhəri 5 saylı klinik xəstəxanada cərrahiyyə üzrə inetnatura təhsilini almışdır. 1990-cı ildə namizədlik, 2000-ci ildə isə Moskva şəhərində doktorluq dissertasiyası müdafiə etmişdir.

Bəxtiyar Musayev 1984-1989-cu illərdə Respublika Elmlər Akademiyasının Elmi Tədqiqat Fiziologiya İnstitutu nəzdində akademik Böyükkişi Ağayevin təşəbbüsü ilə yaradılmış biliar sistemin fiziologiyası və cərrahiyyəsi üzrə akademik qrupun əvvəl kiçik, sonra isə böyük elmi işçisi vəzifəsində işləyib. 1989-2000-ci illərdə yeni yaradılmış ET Qastroenterologiya İnstitutunda öz işini davam etmişdir.

Eyni zamanda 1984-2018-ci illərdə 5 saylı kliniki xəstəxanada cərrah, o cümlədən 2000-2011-ci illərdə həmin xəstəxanada cərrahiyyə şöbəsinin müdiri vəzifəsində, 2004-2016-cı illərdə bir neçə özəl tibb müəssisəsində baş həkim vəzifəsində çalışıb. 2018-ci ildən etibarən Mərkəzi Gömrük Hospitalında ümumi cərrah və müalicə işləri üzrə rəis müavini vəzifəsində işləyir.

Qeyd edək ki, canlı yayım Mərkəzi Gömrük Hospitalının rəsmi Facebook səhifəsi üzərindən yayımlanacaq (https://www.facebook.com/customshospital/). Sualları canlı yayım vaxtı və yaxud öncədən Mərkəzi Gömrük Hospitalının facebook səhifəsi vasitəsilə ünvanlamaq mümkündür. Əlavə məlumat üçün (012) 404 08 08 telefon nömrəsinə zəng etmək mümkündür.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment