1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Həkimlərimizi tanıyın!” rubrikada uzman üz-çənə cərrahı, t.f.d. Dr. Ülviyyə Məmmədova
16.01.2020

Dr. ÜLVİYYƏ MƏMMƏDOVA Mərkəzi Gömrük Hospitalında ortoqnatik cərrahiyyə, çənə-üz sınıqlarının bərpası, stomatoloji cərrahiyyə, dental implant cərrahiyyəsi, dentoalveolar cərrahiyyəsi,  ağıl dişlərinin cərrahiyyəsi, çeynəmə problemlərinin düzəldilməsi, çənədəki kista və xoş xassəli şişlərin cərrahiyyəsi, apikal rezeksiya və ağız boşluğunun selikli qişa xəstəliklərinin müalicəsi ilə məşğuldur. 

Dr. Ülviyyə Məmmədova 2010-cu ildə Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsini bitirmiş, 2010-2015-ci illərdə Ankara Qazi Universitetinin Diş Həkimliyi fakültəsində Ağız, diş, çənə xəstəlikləri və cərrahiyyəsi kafedrasında təhsilini davam etdirərək, uzman həkim adını və tibb sahəsində fəlsəfə doktoru elmi dərəcəsini almışdır. Dr. Ülviyyə Məmmədova 2017-ci ildən Mərkəzi Gömrük Hospitalında üz-çənə cərrahı, implantoloq kimi çalışır.

Dr. Ülviyyə Məmmədova daim öz üzərində çalışan, özünə qarşı çox tələbkar, dünya tibbinin nailiyyətlərini izləyən və təcrübəsində bu nailiyyətlərdən yararlanan bir həkimdir. Onlarla elmi konfranslara qatılıb, poster və məruzələrlə çıxış etmişdir. 2015-ci ildə ABŞ-ın Meyn ştatının  Portland şəhərində Emanuel Legacy və Providence klinakalarında professor Erik Dierksin rəhbərliyi altında üz-çənə nahiyəsinin travmaları, gicgah-çənə oynağının xəstəlikləri və cərrahiyyəsi sahəsində elmi praktiki təcrübə keçərək fəxri diplomla təltif olunmuşdur.

Dr. Ülviyyə Məmmədova 2012-ci ildə Almaniyanın Hamburq şəhərində keçirilən 15-ci Beynəlxalq “DENTSPLY Friadent” simpoziumunda,  2013-cü ildə İsveçrənin Bazel şəhərində keçirilən Estetik bölgələrdə dental implant cərrahiyyəsi üzrə təkmilləşdirmə kursunda, 2018-ci ildə Hindistanda keçirilən “Alt çənə oynağının cərrahi yolla müalicəsi” təlimində, 2019-cu ildə  Avropanın üz-çənə cərrahları Assosiasiyasının və SORG Akademiyasının birgə təşkilatçılığı ilə Hollandiyanın Amsterdam şəhərində keçirilən “Çənə sınıqlarının yeni cərrahi metodlarla rekonstruksiyası” mövzusunda təlim kursunda iştirak etmişdir.

Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz:  https://customshospital.az/ulviyye-mammadova/. Dr. Ülviyyə Məmmədovanın qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08. 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment