1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azərbaycanın turizm sektoru nümayəndələrinin etik kodeksi yaradılıb
15.01.2020

Baki, FinanceTime. Yanvarın 15-də Azərbaycan Turizm Agentlikləri Assosiasiyası tərəfindən hazırlanan turizm sektoru nümayəndələrinin etik kodeksi ictimaiyyətə təqdim olunub.10 maddədən ibarət olan tövsiyə xarakterli sənəddə ümumi turizm qaydaları və etik normalar öz əksini tapıb.

Tədbirdə çıxış edən Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Rüfət Hacıyev beynəlxalq təcrübəyə əsaslanaraq hazırlanan etik kodeksin turizm sektorunun bütün nümayəndələri o cümlədən turistlər üçün nəzərdə tutulduğunu deyib. 

O qeyd edib ki, sənəddə turistlərin düzgün qarşılanması və yola salınması, onlara keyfiyyətli xidmətin göstərilməsi, turistlərin təhlükəsizliyi və məmnunluğunun təmin edilməsi öz əksini tapıb.

Bundan başqa, turizm prosesi iştirakçılarının vəzifələri, turistlərin və turizm subyektlərinin hüquqları, yerli əhalinin turizm fəaliyyətinə cəlb edilməsinə də xüsusi yer ayrılıb.

Rufət Hacıyev, eyni zamanda turizm agentliklərinin göstərdiyi xidmətin keyfiyyətini artırmaq və müştəri məmnunluğunu təmin etmək üçün assosiasiyaya üzv olan agentliklərlə müştərilər arasında mütləq formada ikitərəfli müqavilə imzalanacağını da diqqətə çatdırıb.

O bildirib ki, tərəflər arasında imzalanacaq vahid sənəd turagentlərlə müştərilərin hüquq və vəzifələrini özündə əks etdirəcək. 

Tədbirdə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Azərbaycan Turizm Bürosunun Baş İcraçı Direktoru Florian Zenqstşmid də iştirak edib.

Azərbaycana səfər edən turistlərə düzgün və keyfiyyətli xidmət göstərilməsinin vacibliyinə toxunan Florian Zenqsşmit bu sahədə mövcud olan bəzi problemlərin həllində etik kodeksdən istifadənin fayda verəcəyini deyib. O bütün turizm iştirakçılarına bu kodeksdən yararlanmağı tövsiyə edib.

Sonda Rüfət Hacıyev Azərbaycanın turizm bazarında fəaliyyət göstərən subyektlərə müraciət edərək öz fəaliyyətlərində ölkənin ümumi turizm maraqlarına xidmət edən bu etik normaları nəzərə almağa çağırıb.

Tədbir çərçivəsində Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının üzvlərinə üzvlük sertifikatları da təqdim olunub.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment