1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalının ümumi cərrahı və cərrah transplantoloqu Dr. Kamran Beydullayevi “Həkimlərimizi tanıyın!” rubrikada
15.01.2020

10 ildən artıq orqan transplantasiyası ilə məşğul olan Dr. KAMRAN BEYDULLAYEVİN iştirakı ilə Mərkəzi Gömrük Hospitalında qaraciyər və böyrək transplantasiyası əməliyyatları icra edilir. 23 illik cərrahlıq təcrübəsi olan Dr. Kamran Beydullayev ümumi cərrahiyyənin böyük həcmli əməliyyatlarını da burada etməkdə davam edir. Dr. Kamran Beydullayevin etdiyi əməliyyatların sırasında  qaraciyər, öd kisəsi və öd yolları, mədəaltı vəzi əməliyyatları, mədə, nazik və yoğun bağırsaq və proktoloji əməliyyatlar, yırtıqlar, dəri və yumşaq toxumaların xəstəlikləri zamanı icra edilən cərrahi əməliyyatlar, həmçinin, endokrin vəzi xəstəlikləri əməliyyatları - qalxanabənzər və qalxanabənzər ətraf vəziləri, böyrəküstü vəzi əməliyyatları daxildir. Bütün sadalanan əməliyyatlar həm açıq, həm də laparoskopik yolla icra edilir. Laparoskopik üsulla aparılan əməliyyatlara böyrək transplantasiyası zamanı icra edilən donor əməliyyatı da daxildir. 

Qeyd edək ki, Dr.Kamran Beydullayev 1996-cı ildə Azərbycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirdikdən sonra cərrahiyyə üzrə internatura təhsili almış və  2002-2007-ci illərdə Səudiyyə Ərəbistanı Prince Nasir Bin Saad Al Sudairi Hospitalında cərrah-rezident kimi çalışmışdır. 2007-ci ildə imtahanlarını müvəffəqiyyətlə verərək İngiltərə Kral Cərrahlar Kollecinin ümumi cərrahiyyə diplomunu almışdır. 2008-2009-cu illərdə Türkiyənin İzmir şəhərində orqan transplantasiyası üzrə təlim keçmişdir. Müxtəlif elmi konfranslarda posterlərlə, elmi çıxışlarla iştirak edib və 15-ə yaxın elmi məqalənin müəllifidir.  Avropa Orqan Transplantasiyası Cəmiyyətinin və Orta Şərq Orqan Transplantasiyası Cəmiyyətinin üzvüdür. 

2018-ci ildən Dr. Kamran Beydullayev Mərkəzi Gömrük Hospitalında ümumi cərrah və cərrah transplantoloq kimi çalışır. Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz:  https://customshospital.az/kamran-beydullayev 

Dr. Kamran Beydullayevin qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08. 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment