1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


Daşınmaz əmlakın icbari sığortasına dair “Azərbaycan Sığortaçılar Assosiasiyası” İB-nin açıqlaması
14.01.2020

Son günlər Daşınmaz Əmlakın İcbari Sığortası mətbuat və ictimaiyyətdə geniş müzakirə mövzusuna çevrilmişdir. Yayılan məlumatlara aydınlıq gətirmək və əhalini bu istiqamətdə maarifləndirmək məqsədilə  “Azərbaycan Sığortaçılar Assosiasiyası” İB (ASA) olaraq bildiririk ki, ölkəmizdə daşınmaz əmlakın icbari sığortası 24 iyun 2011-ci ildə qəbul edilmiş “İcbari sığortalar haqqında” Qanuna əsasən tətbiq olunur. Bu sığorta məhsulu əhalinin sosial rifahını, sahibkarlıq subyektlərinin mənafeyini, eləcə də maliyyə sabitliyini qorumaq məqsədilə beynəlxalq təcrübəyə uyğun olaraq yaradılmışdır. 

Bu məhsul, hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının eləcə də mənzillərin yanğın, təbii fəlakət, texnogen qəza və üçüncü şəxslərin hərəkətləri nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə sığortalanmasını nəzərdə tutur. 

Son illər ərzində ölkədə baş vermiş təbii fəlakətlər və iri həcmli yanğın hadisələrindən sonra vətəndaşlara və sahibkarlara dəymiş zərərin ödənilməsi kontekstində gündəmə gəlmiş çətinliklər daşınmaz əmlakın icbari sığortasının vacibliyini təkrarən vurğulamışdır. Bu məqsədlə, “İcbari sığortalar haqqında” Qanunun tətbiqi ilə əlaqədar yerli icra hakimiyyəti orqanları və Fövqəladə Hallar Nazirliyi, eləcə də ASA tərəfindən təbliğat və təşviqat işləri aktivləşdirilmişdir. Bir sıra hallarda, təəssüf ki, bu fəaliyyət əmlakın icbari sığortası vasitəsilə fiziki və hüquqi şəxslərin əldə edəcəkləri fayda və risklərə qarşı təminatın təbliği ilə yanaşı daha çox qanunvericilikdən irəli gələn cərimələrin qabardılması tərzində aparılmışdır. 

ASA-nın mövqeyi ondan ibarətdir ki, qanunvericiliklə müəyyən edilmiş inzibati tənbeh tədbirlərinin tətbiqinin aidiyyəti dövlət orqanlarının səlahiyyətinə aid olduğunu nəzərə alaraq, sığora şirkətləri və sığora vasitəçiləri tərəfindən daşınmaz əmlakın icbari sığortası üzrə təbliğat mümkün sanksiyalar aspektindən deyil, daşınmaz əmlak sahiblərinin maarifləndirilməsi kontekstində aparılmalıdır. Bu istiqamətdə əhalinin maliyyə savadlığının artırılması ölkədə sığorta mədəniyyətinin dərinləşməsinə xidmət edəcəkdir.  

İl rəzində ASA İB əhalinin sığorta sahəsində maarifləndirilməsi istiqamətnidə müxtəlif kampaniya və tədbirlər həyata keçirməyi planlaşdırır. 

ASA ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərin hüquqi bərabərliyi prinsipləri əsasında yaradılan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-hökumət təşkilatıdır. Azərbaycanın sığorta bazarında fəaliyyət göstərən 21 sığorta şirkəti və 1 təkrarsığorta şirkəti “Azərbaycan Sığortaçılar Assosiasiyası” İB-nin üzvüdür.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment