1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Beynəlxalq Miqrasiya Təşkilatı vətəndaşlara pulsuz hüquqi yardımı davam etdirir
14.01.2020

Baki, FinanceTime. Beynəlxaql Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyi ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə Qanunun aliliyi layihəsini həyata keçirir. Layihə əhalinin peşəkar hüquqi xidmətlərə çıxışının artırılması üçün səylərini dəstəkləyir. Layihə çərçivəsində Azərbaycanın dörd regional mərkəzində Hüquqi Yardım Mərkəzləri açılmışdır. Bu təşəbbüs Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və ASAN xidmətinin dəstəyi ilə həyata keçirilmişdir.

Agentliklər arasında sıx əməkdaşlıq nəticəsində Bərdə, Qəbələ, İmişli və Masallıda mövcüd olan ASAN xidmət mərkəzlərində 2019-cu ilin fevral ayından etibarən pulsuz hüquqi yardım mərkəzləri fəaliyyət göstərir. 2019-cu ilin sonuna kimi mərkəzlərə müraciət edən 2550 nəfərə hüquqi xidmət gösətilmişdir. Müraciət edənlərin 30% -i qadın, 70%-i kişi, müraciətlərin 29%-i məhkəmələrlə bağlı məsələlər olmuşdur. Ötən il göstərilən hüquqi yardımın təhlili göstərir ki, müraciətlərin 16%-i bank kreditləri, 26%-i mülkiyyət və mirasla bağlı məsələlər, 18%-i ailə məsələləri, 15%-i əmək və sosial müdafiə ilə bağlı olan məsələlər olmuşdur. Bundan əlavə, digər müraciətlər miqrasiya hüququ, vergi qanunvericiliyi, kommunal xidmətlər, vətəndaşlıq və qeydiyyat və inzibati işlər kimi müxtəlif sahələri əhatə etmişdir. 

Müraciət edən vətəndaşlar onlara göstərilən pulsuz hüquqi yardımın səviyyəsindən razı qalmışlar. Layihədə nəzərdə tutulduğu kimi ərizəçilərə inzibati və məhkəmə icraatı üçün xərclənən məbləğlər də geri qaytarılıb. Hüquqi Yardım Mərkəzlərində vətəndaşlara pulsuz hüquqi yardım xidməti hazırda uğurla həyata keçirilməkdədir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment