1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalında Azərbaycanda ilk dəfə zədələnmiş böyrək kanalının rekonstruktiv əməliyyatı qapalı üsulla icra edilib
14.01.2020

Baki, FinanceTime. Mərkəzi Gömrük Hospitalının uzman uroloqu Bəhruz Xalıqov və onun komandası tərəfindən 42 yaşlı pasiyent üzərində Azərbaycanda ilk dəfə zədələnmiş böyrək kanalının rekonstruktiv əməliyyatı laparoskopik üsulla icra olunub. Pasiyent başqa tibb müəssisəsində ginekoloji əməliyat zamanı sağ böyrək kanalının zədələnməsi ilə Mərkəzi Gömrük Hospitalına müraciət etmişdir. Müayinə zamanı pasiyentdə sağ sidik kanalında 4-5 sm-lik defektin olması aşkar edilmişdir.

Müayinədən dərhal sonra Dr. Bəhruz Xalıqov və onun komandası tərəfindən xəstə üzərində qapalı üsulla böyrək kanalı əməliyyatı uğurla icra edildi. Hazırda pasiyent özünü normal hiss edir və əməliyyatdan sonrakı müayinələrin nəticələri normal dəyərləndirilib. Qeyd edək ki, böyrək kanalının laparoskopik üsulla əməliyyatı Azərbaycanda ilk dəfə Mərkəzi Gömrük Hospitalında icra olunub.

Qeyd edək ki, Dr. Bəhruz Xalıqov 2004-cü ildə Azərbaycan Tibb Universitetini bitirdikdən sonra, 2013-2018-ci illərdə Türkiyə Cümhuriyyəti Sağlık Bilimleri Üniversitesi İstanbul Eğitim ve Araştırma Hastanesində urologiya ixtisası üzrə uzmanlıq təhsili alıb. Əmək fəaliyyətinə 2018-ci ildə Türkiyənin İstanbul şəhərində yerləşən “Özel Hospitalist Hastanesi”-ndə uzman uroloq cərrah kimi başlamış və bir il müddətində həmin xəstəxanada uğurla fəaliyyət göstərmişdir.

Hazırda Dr. Bəhruz Xalıqov Mərkəzi Gömrük Hospitalında uzman uroloq kimi fəliyyət göstərir. Həkim barədə daha ətraflı məlumat almaq üçün linkə daxil ola bilərsiniz: https: https://customshospital.az/behruz-xaliqov/

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment