1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Bolkartlılar alış-veriş etdi, Bank of Baku uşaqları sevindirdi!
14.01.2020

Baki, FinanceTime. Keçirdiyi sosial yönümlü layihələrlə hər zaman seçilən Bank of Baku, Yeni il ərəfəsində Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində daha bir uğurlu işə imza atıb.

Kimsəsiz uşaqlara yeni ilin möcüzəsini və sevincini bəxş etmək istəyən bank, bu dəfə bu şərəfli vəzifəni Bolkart müştəriləri ilə bölüşüb. 

Belə ki, Bank of Baku 05 – 25 dekabr 2019-cu il tarixləri arasında Bolkart taksit və ya debet kartı ilə edilən alış-verişlər zamanı müştərilərin qazandığı BAL-ların (cashback) həcmi qədər vəsait ayıraraq sosial layihənin icrasına yönəldib. 

Qeyd edək ki, kampaniya müddətində müştərilər də öz razılıqları ilə etdikləri alış-verişlərdən qazandıqları BAL-ları uşaqlara hədiyyə edə bilərdilər. Bunun üçün müştərilərin onlara kampaniya haqqında Bank tərəfindən göndərilmiş SMS-lərə “OK” cavabını yazmaları kifayət etdi. 

Beləliklə, Bank of Baku minlərlə Bolkart müştərisi ilə əl-ələ verərək uşaqlara yeni il sevinci, yeni il həyəcanı və ən əsası yeni il ümidi bəxş etdi. Bankın əməkdaşları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun nəznində fəaliyyət göstərən “Yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Mərkəzinə” və “Ümid yeri” uşaq sığınacağına gedərək, 100 nəfərə yaxın xüsusi diqqət və qayğıya ehtiyacı olan uşağı Yeni il sovqatı ilə sevindirdi. Uşaqlara Yeni il şənliyi təşkil edərək onların kiçik ürəklərinə gözəl həyəcanlar bəxş edən Bank, eyni zamanda onlar üçün aldığı gündəlik tələbat məhsulları və yeni il hədiyyələrini təqdim edib. 

Daima uşaqlara özəl sosial layihələr həyata keçirən Bank of Baku-nun bu dəfə Bolkart müştəriləri ilə birgə keçirdiyi layihənin gedişatını əks etdirən video çarxla aşağıdan tanış bilərsiniz: https://www.youtube.com/watch?v=fr0a6A6z258 

Daha ətraflı:

145 Məlumat Mərkəzi

www.bankofbaku.com  

www.facebook.com/bankofbaku 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment