1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


SƏLİS “myGov” portalına inteqrasiya olundu
09.01.2020

 Baki, FinanceTime.  Əsas məqsədi təqdim edilən elektron xidmətlər vasitəsilə vətəndaşların işlərini asanlaşdırmaq, şəffaflıq və operativliyi təmin etmək olan “myGov” elektron hökumət portalı yeni sistemlərin inteqrasiyası üzrə işləri davam etdirir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən idarə edilən “myGov” portalına indiyədək bir çox sistem inteqrasiya olunub. Bura “eAgro”, “eSatınalma”, Azərbaycan Respublikasının Mərkəzi Bankının “Elektron Müraciətlər Sistemi”, “ASAN ödəniş”, “eSosial”, “Birja Auksion” aiddir. 

Bu günlərdə portala  daha bir sistem inteqrasiya olunub. Belə ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının SƏLİS - Sürətli Əlaqələndirmə və Layihələri İdarəetmə Sisteminin 7 xidmətinə artıq “myGov” platforması üzərindən müraciət etmək mümkündür. Bu xidmətlərə e-Ərizə, e – Ekspertiza, e – Vətəndaş, e - Apelyasiya, e – Növbə, e – İdarəetmə və hesabat, e – Müraciət daxildir. 

Artıq SƏLİS istifadəçiləri vətəndaşları, dövlət və biznes qurumlarını vahid platformada birləşdirərək elektron xidmətlər göstərən “myGov” platformasından çıxmadan “qurumlar üzrə” bölməsinə daxil olaraq Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının qeyd edilən xidmətlərinə müraciət edə bilərlər.  SƏLİS sisteminin məqsədi Şuranın xidmətlərini istifadəçilər üçün daha rahat və əlçatan edərək QHT məmnunluğunu təmin etmək, şəffaflığı, hesabatlığı və səmərəliliyi daha da artırmaq və qərar qəbulu prosesində vətəndaş iştirakçılığını təmin etməkdir.

“myGov” portalına inteqrasiya olunmuş sistemlərin xidmətlərindən başqa platforma üzərindən vətəndaşlara 19 dövlət xidməti və 16 bildiriş xidməti təqdim olunur. 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment