|
|
|
Digər xəbərlər | | | Mərkəzi Gömrük Hospitalında BirKart Cashback ilə ödənişlər zamanı 20% cashback qaytarılacaq |
08.01.2020 | |
| |
Mərkəzi Gömrük Hospitalında “BirKart Cashback” plastik kartı vasitəsilə seçilmiş tibbi xidmətlər üçün birdəfəlik ödənilən məbləğin 20%-i həmin karta geri qaytarılacaq. Həmçinin, BirKart plastik kartı vasitəsilə tibbi xidmətlər üçün ödənilən xərcləri 12 aylıq faizsiz taksitlə ödəmək mümkündür. Nağdsız hesablaşma yolu ilə ödəmələrin edilməsi və eyni zamanda xərclərin müəyyən məbləğinin geri qaytarılması pasiyentlər üçün həm rahat, həm də sərfəlidir.
Qeyd edək ki, ölkəmizdə nağdsız hesablaşma sisteminin inkişafına, elektron ödəniş sistemlərindən daha fəal istifadə edilməsinə xüsusi diqqət ayrılır. Nağdsız hesablaşma sisteminin geniş yayılması Azərbaycanda maliyyə-bank sisteminin inkişafı ilə yanaşı, cəmiyyətdə şəffaf maliyyə mexanizmlərinin tətbiqi baxımından mühüm əhəmiyyət kəsb edir. Nağdsız hesablaşma zamanı xərclənən məbləğin müəyyən faizinin geri qaytarılması təcrübəsi dünyada gündən-günə populyarlığını artırır.
|
|
|
|