1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Scale Up Accelerator” proqramında iştirakla bağlı müraciətlərin qəbulu davam edir
26.12.2019

 “Azərbaycan İşgüzar Qadınları” təşkilatının təşəbbüsü, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, ABŞ-ın Azərbaycandakı Səfirliyi, “PAŞA Bank” və “PwC Azerbaijan” şirkətinin birgə dəstəyi ilə qadın sahibkarlar üçün nəzərdə tutulmuş və xüsusi olaraq hazırlanmış “Scale Up Accelerator” proqramında iştirakla bağlı müraciətlərin qəbulu davam edir. 

“Scale Up Accelerator” proqramının əsas məqsədi kiçik və orta sahibkarlıqla məşğul olan qadınların bizneslərini genişləndirə və inkişafını sürətləndirə bilmələri üçün lazımi təcrübə ilə təmin edilməsi, həmçinin onların iqtisadiyyatdakı rolunun və təsirinin gücləndirilməsidir. 8 həftə boyunca davam edəcək proqram peşəkar təcrübəyə malik 5 mentor tərəfindən tədris olunacaq. Proqramın iştirakçıları rəqəmsal transformasiya, onun əsas istiqamətləri və əhəmiyyəti, əqli mülkiyyət hüquqları və onların qorunması, korporativ kommunikasiya strategiyaları, resursların düzgün istifadəsi və şəxsi inkişaf kimi mühüm mövzulara toxunan sessiyalardan yararlanmaq imkanı əldə edəcək. Proqram sonunda iştirakçılar dəyişən iqtisadiyyat şəraitində biznesin inkişafı strategiyalarını tərtib və tətbiq edə, liderlik keyfiyyətlərini, həmçinin innovasiya və rəqəmsal transformasiya üçün bacarıqlarını gücləndirə biləcək. 

Peşəkarlardan yeni bilik və təcrübə qazanılması, eləcə də həmfikirlərlə işgüzar əlaqələrin qurulması baxımından çox əlverişli olan bu proqramda qadın sahibkarlar, təsisçilər və həmtəsisçilər iştirak edə bilər.

Müraciətlərin qəbulu üçün son tarix dekabr ayının 28-dir.

Qeydiyyatdan keçmək və ətraflı məlumat əldə etmək üçün aşağıdakı keçidə daxil olun: www.abw.az

İndi müraciət edin və bu möhtəşəm səyahətin bir hissəsi olmaq fürsətini qaçırmayın!

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment