1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azercell hesab-fakuranı tam olaraq rəqəmsallaşdırır
25.12.2019

Ölkənin lider mobil operatoru abunəçilərinin faktura hesabı haqqında məlumatı artıq bilavasitə onların elektron ünvanlarına göndərəcək 

Baki, FinanceTime. Rəqəmsallaşma istiqamətində apardığı davamlı yeniliklərin tərkib hissəsi kimi ölkəmizdə elektron xidmətlərindən istifadəni daha da genişləndirmək məqsədilə Azercell Telekom elektron hesab-faktura sisteminin tətbiqinə başlayır. Bildiyimiz kimi, hesab fakturaların kağızda çap edilməsi ətraf mühitə mənfi təsir göstərməklə öz-özlüyündə məhdud təbii resursların israfı  ilə nəticələnir. Belə olan halda, məlumat mübadiləsinin elektron formada təşkilini daha da səmərəli və istifadə baxımından rahat sayılır. Həmçinin, bir çox abunəçilərin vaxtı ilə təqdim etdikləri ünvan məlumatlarının qeyri-dəqiq olması və ya digər səbəblər (abunəçinin başqa ünvana köçməsi, yeni ünvan sisteminin tətbiqi və sair) şirkət tərəfindən ünvana göndərilən hesab-fakturaların alıcıya çatmaması ilə nəticələnə bilirdi. Artıq abunəçilər Azercell Müştəri Xidmətləri mərkəzlərinə müraciət edərək, ödənişsiz əsaslarla elektron poçt ünvanına hesab-fakturanın göndərilməsi xidmətini aktiv edə bilərlər. Bundan başqa, abunəçilər hesab-fakturalar barədə məlumat əldə etmək üçün digər alternativ imkanlardan da yararlanmaq iqtidarında olacaq. Belə ki, “Kabinetim” mobil tətbiqi və veb versiyası üzərindən abunəçilər nömrənin cari vəziyyəti barədə məlumatları yoxlaya, o cümlədən  son üç hesab-faktura ilə tanış ola, müxtəlif əməliyyatlar həyata keçirə bilərlər. Həm də, abunəçilər nömrənin cari vəziyyəti (o cümlədən hesab faktura məbləğləri) barədə məlumatı 650 xidməti (1 SMS üçün xidmət haqqı – 0,0236 AZN ƏDV daxil) vasitəsi ilə əldə etməsi mümkündür. Eyni zamanda, abunəçilər istənilən Müştəri Xidmətləri mərkəzinə müraciət etməklə, nömrələrinə dair hesab fakturanın çap variantını kağız daşıyıcıda pulsuz olaraq əldə etmək imkanına malikdirlər. 

Qeyd edək ki, yeni elektron xidməti ilə bağlı 25 yanvar 2020-ci il tarixindən etibarən Azercell Telekom tərəfindən kağız daşıyıcıda hesab-fakturaların abunəçilərin poçt ünvanına və faksla çatdırma xidməti ləğv ediləcək. 

Abunəçilər göstərilən dəyişiklər, hesab fakturaların elektron poçt ünvanına çatdırılması xidmətinin sifarişi və imtina qaydası barədə şirkətin rəsmi internet səhifəsindən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (Müştəri Xidmətləri mərkəzləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə edə bilər.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment