1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Nar”dan Yeni il səfərləri üçün sərfəli rominq paketləri
25.12.2019

Baki, FinanceTime. Ölkənin ən gənc mobil operatoru “Nar”, Yeni il ərəfəsində səfərə çıxan abunəçiləri üçün sərfəli rominq paketləri təklif edir. Mobil operatorun rominq paketləri müştərilərin tələblərinə uyğun olaraq səsli zəng, internet və “WhatsApp”da pulsuz yazışma imkanı verir. “Nar” istifadəçiləri Türkiyə, Rusiya, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri kimi populyar istiqamətlər də daxil olmaqla, 45 ölkədə müvafiq romiq paketinə qoşularaq öz yaxınları ilə daim ünsiyyətdə qala bilərlər. 

Səyahət zamanı rahat ünsiyyətdən yararlanmaq üçün abunəçilər ehtiyaclarına uyğun olaraq 4 rominq paketindən birini seçə bilərlər. “Roaming 9” paketi abunəçilərə 500 MB internet, “Roaming 15” paketi 500 MB internet və 50 dəqiqə səsli zəng,  “Roaming 18” paketi 1 GB internet,  “Roaming 28” paketi isə 1 GB internet və 100 dəqiqə səsli zəng xidməti təklif edir.  Xüsusilə qeyd etmək lazımdır ki,  “Roaming 18” və “Roaming 28” paketlərində “WhatsApp” yazışmaları tamamilə pulsuzdur. Yəni bu trafik rominq internet paketindən çıxılmır. 

Qeyd edək ki, səyahət zamanı “Nar” nömrələrində rominqi aktivləşdirənlərin sayı ötən illə müqayisədə 2019-cu ilin yanvar-noyabr aylarında 25%, rominqdə istifadə olunan internet trafikinin həcmi isə 68% artıb. Ümumilikdə, “Nar” dünyanın 117 ölkəsində abunəçilərinə keyfiyyətli rominq xidmətləri təklif edir. Daha ətraflı məlumatı www.nar.az səhifəsindən əldə etmək olar.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,7%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8600-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment