24 dekabr 2019-cu il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0106024752 ISIN-li, 10 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 11 investor tərəfindən qiymət intervalı 97.4417 AZN (9.5000%) və 102.6428 AZN (7.4999%) olan 19 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 101.8408 (7.7999%) orta ölçülmüş qiyməti 102.0495 (7.7216%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 40,912,900.00 AZN yerləşdirilmiş həcmi isə 10,000,000.00 AZN təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 20.12.2022-ci il.
Hərrac iştirakçıları 25 dekabr 2019-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.