1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Marketingguide Azerbaijan” tədbiri uğurla keçirildi
24.12.2019

Baki, FinanceTime.  21 dekabr 2019-cu ildə Bakıda “Marketingguide Azerbaijan” tədbiri uğurla keçirildi. Əsas təşkilatçısı və müəllifi “Easymark” şirkəti olduğu tədbirdə 400-ə yaxın qonaq iştirak edib.Eyni zamanda xaricdən,Gürcüstan,Polşa,Türkiyədən qonaqlar tədbirdə yer almışdır.Tədbirin əsas mövzular,kino-media,idman,səhiyyə,

Istehsal,iaşə turizm sahəsində marketinqin inkişafı ilə bağlı olmuşdur və adları çəkilən sahələrdə spikerlər öz təcrübələrini bölüşüblər.

Belə ki,Türkiyənin çox məşhur “Ay Yapım və Medd Yapım” şirkətlər qrupunun satış direktoru Deniz Cantutan, “Galatasaray” futbol klubunun Marketinq üzrə direktoru Doruk Tufekçi, İstanbulda yerləşən “Johns Hopkins adına Anadolu” Xəstaxanalar şəbəkəsinin marketinq kordinatoru Günay Fərzəliyeva, “ABAD Publik Hüquqi Şəxsi” Layihələrin İdarəedilməsi Departamentində Direktor Müavini Camid Mövsumov və “Dreamland Baku”nun Marketinq və Satış üzrə meneceri Sedef Kaynarkan öz çıxışları ilə tədbirə rəng qatıb,təcrübələrini bölüşüblər.

  Tədbirin əsas məqsədi,qeyri neft sektorunun inkişafında ölkədə aparılan strateji xəttə dəstək olmaq, müasir korporativ idarəetmə mexanizmlərinin şirkətlərdə tətbiqi,marketinqin son trendlərinin müzakirəsi,beynəlxalq təcrübənin,strateji həmlələrin tətbiqi,markalaşmada və xarici bazarlara addımlarda əsas məqamları vurğulamaq olmuşdur.

  “Boulevard Hotel”də keçirələn tədbirə əsas dəstəyi, “Azersun”, “Vip Aviasiya xidmətləri” şirkəti, “MediaCity”, “AzNur”, “AS İnsaat-N”, “ExoMedia”, “Asan Radio”, “Beluga”, “ABC” consulting, “Alines travel” şirkətləri vermişdir.

Qeyd etmək istərdik ki,tədbirdə bir sıra dövlət nümayəndələri,iş adamları,şirkətlərin biznes inkişaf menecerləri iştirak etmişdir.


Tədbir haqqında məlumatlar  (marketingguide.az)  saytında və sosial şəbəkələrdə öz əksini tapır.

 Tədbirlə bağlı əlavə məlumat və ya “Easymark” şirkəti ilə əməkdaşlıq etmək istəyənlər aşağıdakı nömrələrə müraciət edə bilərlər.

Əlaqə üçün :  +99 470 544 56 55

                        +99 455 999 51 49

                        +99 450 226 00 72

Email : info@marketingguide.az


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment