1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


BMqT nümayəndələri və Niderlandın ölkəmizdəki səfiri Gəncə şəhərinə səfər etmişlər
20.12.2019

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiev, Niderlandın ölkəmizdəki səfiri Onno Kerves Gəncə şəhərinə səfərləri zamanı şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov  ilə görüş keçirmişlər. Görüş zamanı qonaqlar BMqT-nin Niderland səfirliyinin maliyyə dəstəyi ilə BMqT-nin həyata keçirdiyi "Azərbaycanda İnsan Alveri Qurbanlarına birbaşa yardım göstərilməsi və sığınacaq yerlərində yaşayış şəraitinin yaxşılaşdırılması vasitəsilə onların ehtiyaclarının həll edilməsi" layihəsi haqda ətraflı məlumat vermişlər.

Bu layihənin əsas məqsədi insan alveri qurbanlarının və insan alverinin potensial qurbanlarının təhlükəsiz və keyfiyyətli mühafizə imkanlarının artırılmasını təmin etməklə Azərbaycanda insan alveri qurbanlarının müdafiəsini yaxılaşdırmaqdır. Bununla bağlı paytaxtla yanaşı bölgələrdə də layihə çərçivəsində bir sıra tədbirlər keçirilir. Gəncədə fəaliyyət göstərən “Təmas” Regional İctimai Birliyi ilə birgə əməkdaşlıq etdiklərini bildirən qonaqlar bu istiqamətdə aparılan işdə öz dəstəyini əsirgəmədiyi üçün  Niyazi Bayramova təşəkkürünü bildirdilər.

Qeyd edək ki, layihə çərçivəsində BMqT-nın Azərbaycan nümayəndəliyi Gəncə şəhərində “Təmas” Regional İnkişaf İctimai Birliyinə aid 20 nəfər insan alveri qurbanları və potensial zərərçəkənlər üçün "Əsas bizness bacarıqları" təlimi keçirmişdir. Təlimin ardından iştirakçılar öz biznes planlarını hazırlayaraq qiymətləndirilmək üçün təqdim etmişlər. Bundan sonra təlimi başa vuran iştirakçılara fərdi ehtiyaclara uyğun hazırlanmış qrantlar verilməsinə başlanılmışdır. Bu qrantlardan artıq yarlanaraq öz biznesləri üçün avadanlıqlar əldə edən bəzi benefisiarlarla görüşən qonaqlar onlara işlərində uğurlar arzuladılar. 

Ümumilikdə BMqT-nin həyata keçirdiyi layihə birbaşa yardım göstərməklə və sığınacaqlarda yaşayış şəraitinin yaxşılaşdırılması vasitəsilə insan alveri qurbanlarının və insan alveri təhlükəsi altında olan şəxslərin müdafiəsini təkmilləşdirməklə insan alverinə qarşı mübarizə sahəsində Azərbaycan hökümətinə və vətəndaş cəmiyyətinə kömək etmək məqsədini daşıyır.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment