1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalının ümumi cərrahı Dr.Elnur Pirəliyev “Həkim məsləhəti” rubrikasında öz tövsiyələri ilə bölüşüb
20.12.2019

Boğazda əllə hiss olunan törəmə, səsdə dəyişiklik, kəskin arıqlama və ya kökəlmə, saç tökülməsi, halsızlıq, yorğunluq kimi əlamətlər varsa, insanların ağlına  gələn ilk ehtimallardan biri də ur, yəni qalxanabənzər vəzinin xəstəliyidir. Bəs bu xəstəlik necə yaranır, əlamətləri hansılardır və müalicəsi necədir? İzləyicilərimiz tərəfindən tez-tez verilən bu suallar ətrafında Mərkəzi Gömrük Hospitalının ümumi cərrahı Dr.Elnur Pirəliyev “Həkim məsləhəti” rubrikasında öz tövsiyələri ilə bölüşüb.

-Düyünlü ur  olduğundan şübhələnən insan nə etməlidir?

- Qalxanabənzər vəzi xəstəlikləri hormonal sistem üzərindən təsirini göstərir. Əgər qalxanabənzər vəzidə nödül dediyimiz düyünlər olarsa, buna düyünlü ur deyəcəyik. Bəzi xəstələrdə düyünlər çox sayda və böyük olduğundan  bu insanların boynunda şişkinlik hiss edilə bilir. Ayrıca, əgər bu düyünlər daha çox hormon ifrazına səbəb olarsa, ürək döyüntüsündə artım, əllərdə tərləmə, istiyə dözümsüzlük, saçlarda tökülmə, çəki artıra bilməmək və  gözlərdə bərəlmə kimi şəkayətlər müşahidə olunur.

Eyni zamanda qalxanabənzər vəzidəki düyün səs sinirinə, yemək borusuna, nəfəs borusuna basqıya səbəb ola bilər ki, bu zaman da səsdə qalınlaşma, gecə yatarkən xorultulu nəfəs almaq, udqunarkən çətinlik çəkmək kimi hallar ortaya çıxar. Bu şıkayətləri olan insanlar qalxanabənzər vəzidə düyün olduğundan şübhələnə bilər. 

Belə hallarda isə insanların atacağı ən doğru addım ya endokrinoloqa, ya da endokrin cərrahına müraciət etməkdir. İlk mərhələdə qanda tiroid hormon analizlərinə baxılır və boyunun ultrasəs müayinəsi olunur.

-Düyünlü ur  boyunda ağrıya səbəb ola bilərmi? 

- Düyünlü ur  adətən ağrı vermir. Ancaq düyünün ölçüləri çox böyük olarsa, bu zaman ətraf toxuma və orqanlara mexaniki basqıya səbəb olaraq ağrı verər. Başqa bir halda isə, Tiroid düyününün öz içinə qanama verməsi nəticəsində ağrı ola bilər. Onu da qeyd etmək istərdim ki, bəzən düynülü uru olan xəstələrdə bu,  boğaz ağrısı, tonzillit, faringit kimi boğazın başqa xəstəlikləri  ilə qarışır ki, bu da xəstələrin yanlış müalicə almağına səbəb olur. Ona görə də, 3 həftədən uzun çəkən, təkrarlanan və müalicə ilə keçməyən boğaz ağrıları olan  xəstələrin mütləq endokrinoloqa müraciət etmələri məsləhət görülür.


 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment