1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Azercell və Azərbaycan Beynəlxalq Bankından ölkəmizdə bir ilk!
19.12.2019

Baki, FinanceTime.  Ölkənin rəqəmsal həllər təqdim edən lider mobil operatoru Azercell Telekom regionun aparıcı bankı Azərbaycan Beynəlxalq Bankı ilə birgə abunəçiləri üçün xüsusi kobrend kart təqdim edib. Bu kart öz sahibinə gündəlik xərclərindən əlavə qazanc əldə etmək fürsəti yaradır. Belə ki, kart sahibi nağdsiz ödənişlər zamanı hər 1 manat üçün 1 bal əldə edərək, toplanmış balları şəbəkədaxili danışıq dəqiqələrinə və ya meqabaytlara dəyişə bilər. Bu imkandan yararlanmaq üçün müvafiq açar sözünü 2937 qısa nömrəsinə SMS vasitəsilə göndərmək kifayətdir.

Kart üzrə SMS xəbərdarlıq və nağdlaşdırma xidməti üçün heç bir komissiya tutulmur. Müddəti 4 il olan kartı istənilən Azercell abunəçisi 24 dekabrdan etibarən cəmi 20 manat ödəməklə Azərbaycan Beynəlxalq Bankının bütün filial və şöbələrindən əldə edə, eləcə də Bankın rəsmi internet səhifəsindən sifariş verə bilər: https://ibar.az/az/azercell-co-brand/

Azercell şirkətinin prezidenti Vahid Mürsəliyev: “Texnologiyaların sürətlə inkişaf etdiyi bir zamanda bizim ölkənin aparıcı mobil operatoru kimi ən böyük vəzifəmiz istifadəçilərimizin gündəlik həyat prosesləri və işgüzar əməliyyatlarının daha da rahat şəkildə yerinə yetirilməsi üçün yeni məhsul və həllərin işlənib hazırlanmasıdır. Bu baxımdan, strateji tərəfdaşımız olan Azərbaycan Beynəlxalq Bankı ilə müştərək şəkildə istifadəyə buraxılan kart bir əməliyyat zamanı Azercell abunəçilərinə ikiqat fayda qazandıraraq onların həyatını daha mobil etməyə imkan yaradacaq”.   

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov: “Bu kartın ən mühüm özəlliyi Azərbaycan bazarında hər biri öz sahəsinin lideri olan iki böyük şirkətin tərəfdaşlığının nəticəsi kimi ortaya çıxmasıdır. Ümid edirik ki, tərəfdaşlıq layihələrimiz bundan sonra da davamlı olacaq. Azərbaycan Beynəlxalq Bankı və Azercell-in birləşən imkanları insanlarımızın həyatına yeni faydalar gətirəcək”. 

Kobrend kartlarını AZN-lə yanaşı, USD və EUR hesablarında da aktivləşdirmək mümkündür. Azərbaycan Beynəlxalq Bankının “Qayğıkeş” layihəsi çərçivəsində bankla tərəfdaş məkanlarda bu kartla və bankın POS terminalları ilə ödəniş zamanı müştəri xərclədiyi vəsaitin 20%-dək hissəsini dərhal kart hesabına geri alır. Tezliklə, kartın kredit imkanları da müştərilərin istifadəsinə təqdim ediləcək.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment