Baki, FinanceTime. 18 dekabr 2019-cu il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50103876S dövlət qeydiyyat nömrəli, 100 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 15 investor tərəfindən qiyməti 99.5543 AZN (5.76%) volan 22 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 779,089,000.00 AZN olmuşdur.
AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.5543 AZN (5.76%), orta ölçülmüş qiyməti 99.5543 AZN (5.76%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 100 000 000.00 AZN təşkil etmişdir.
Notların ödəmə tarixi 16.01.2020