1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Bakıda Beynəlxalq Miqrant Günü qeyd edilib
19.12.2019

Baki, FinanceTime.  18 Dekabr 2019-cu il tarixdə Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzində Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyinin, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin birgə təşkilatçılığı ilə Beynəlxalq Miqrant Gününə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə müxtəlif dövlət qurumları, xarici ölkələrin və beynəlxalq təşkilatların Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəlikləri, universitetlər, QHT-lər, həmçinin Birləşmiş Millətlər Təşkilatı agentliklərinin nümayəndələri iştirak edib.

Tədbirdə giriş nitqi ilə çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəis müavini Pərviz Musayev, BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev, BMT-nin rezident əlaqələndiricisi Ghulam Isaczai, Ombudsman Səbinə Əliyeva  və digərləri  cəmiyyətin diqqətinin miqrantların problemlərinə yönəldilməsi və məlumatlandırılması baxımından Beynəlxalq Miqrant Gününün əhəmiyyətindən danışıblar.

Çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəis müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Pərviz Musayev bildirib ki, bu gün bütün dünyada cərəyan edən qloballaşma fonunda Azərbaycan Respublikası regionda gedən miqrasiya proseslərinə təsir etmək, ölkə ərazisinə olan miqrasiya axınlarını nəzarətdə saxlamaq və ölkə daxilində miqrasiya proseslərini yerli qanunvericiliyə uyğun idarə etmək və tənzimləmək üçün fəal miqrasiya siyasəti yeridir: “Son illər ölkəmizin sürətli sosial-iqtisadi inkişafı, respublikanın siyasi sabitliyi, eləcə də miqrantların hüquq və azadlıqlarının qorunması sahəsində görülən işlər nəticəsində Azərbaycan Respublikası əmək miqrasiyası baxımından təyinat ölkədən mənşə ölkəsinə çevrilib. Respublikamıza əmək fəaliyyəti ilə məşğul olmaq üçün gələn miqrantların hüquqlarının müdafiəsi ölkə rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanılır. Son illərdə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə miqrasiya, o cümlədən əmək miqrasiyası sahəsində qanunvericilikdə və siyasətdə bir sıra nəzərə çarpacaq islahatlar aparılıb. Həyata keçirilən islahatların əsas məqsədi miqrantların hüquqlarının tam təmin edilməsi və miqrasiyanın tənzimlənməsi zamanı meydana çıxa biləcək mümkün mənfi təsirlərin qarşısının alınmasıdır.”

Vladimir Qyorqiyev ildən-ilə sayı artmaqda olan miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi baxımından 2000-ci ildən etibarən dekabrın 18-i dünyada qeyd olunan Beynəlxalq Miqrant Gününün mühüm əhəmiyyət daşıdığını qeyd etdi: “Miqrantlar bugünkü dünya əhalisinin 270 milyonunu təmsil edir və bu say dünyanın müxtəlif guşələrində baş verən münaqişə, təbii fəlakətlər səbəbindən hər gün artır. Hər il biz bu gün 2000-ci ildən başlayaraq BMT tərəfindən təyin olunan və tanınan Miqrantlar Gününü qeyd edirik və bu gün biz miqrantların, eləcə də üzv ölkələrimizin səsini eşidirik və onların vahid səsi hamının rifahı naminə firavanlıq və idarə olunan miqrasiyanın vacibliyini deyir".

BMT-nin rezident əlaqələndiricisi Ghulam Isaczai öz çıxışında vurğulayıb ki, 2000-ci ildən bəri yolda həyatını itirən miqrantlarn sayı 60000-i ötüb və bu insanlar da bizimlə eyni arzuları paylaşırdılar. Təhlükəsiz, nizamlı və tənzimlənən miqrasiya hər kəsin marağına xidmət edir. Dayanıqlı inkişaf Məqsədlərinin 10.7-ci çağırışı miqrantlara münasibərdə yol verilən bərabərsizliyin ləğvini hədəfləyir. Bu prinsip həmçinin Təhlükəsiz, nizamlı və tənzimlənən miqrasiya Naminə Qlobal Razılıq sənədi ilə  miqrasiya miqrasiya probleminin həllində, onların hüquqlarının qorunmasında  dövlət, həmçini Azərbaycan tərəfindən qəbul edilmişdir. Rezident əlaqələndirici BMT-nin qurumları, xüsusilə də BMqT və BMT İnkişaf Proqramının bu sahədə Azərbaycan hökuməti ilə sıx əməkdaşlığına diqqət yetirərək, birgə icra olunan layihələr nəticəsində miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialların artırıldığını vurğuladı. 

Rəsmi çıxışlardan sonra Azərbaycan Türkiyə İş Adamları Birliyinin Rəhbəri Cemal Yangin, Azərbaycandakı özünün miqrant həyat təcrübəsi ilə tədbir iştirakçıları ilə bölüşdü.

Miqrasiya Gününə həsr olunmuş tədbirin rəsmi hissəsinin sonunda Beynəlxalq Miqrasiya Təşkilatının Qlobal Miqrasiya Filmləri Festivalının iştirakçısı olan və Myanmarlı yeniyetmə miqrantın həyatına həsr olunmuş “İtmiş Oğlan” adlı film nümayiş olundu. 

Tədbirdə gedişində ölkədə və xaricdə yaşayan miqrantlara dair videoçarxlar və fotoşəkillər nümayiş olunub, iştirakçılara BMqT-nin politilen paketlərdən istifadədən imtina kapmaniyası çərçivəsində hazrılatdığı eklogi təmiz zənbillər hədiyyə olundu. 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment