1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


LG Electronics OLED televizor istehsalında dünya lideridir
18.12.2019

Müştəri tələbatını qarşılamaq üçün LG OLED ekranlara investisiya qoymağa davam edir

Baki, FinanceTime. Qabaqcıl texnologiyaların inkişafı ilə bazarlarda güclü mövqe qazanan LG Electronics (LG) OLED istehsalında dünya lideridir.

2013-cü ildə LG kommersiya məqsədli ilk OLED televizorlarını təqdim etdi. Şirkət o dönəmdən etibarən OLED texnologiyası ilə inteqrasiya olunmuş məhsul çeşidini artırmağa başladı. IHS tərəfindən aparılan bazar araşdırmasına görə, kütləvi istehsalın yalnız 6 ili ərzində 4 milyondan çox LG OLED televizoru satılıb. Şirkət bu il OLED TV satışlarını ümumi televizor satışlarının 25%-ə qədər artırmağı planlaşdırır. Son panel istehsalının 2021-ci ilə qədər 3 dəfə artaraq 10 milyon ədədə çatacağı bildirilir. Bu qeyri-adi bazar artımı dünya üzrə OLED texnologiyasını qəbul edən 15 şirkətin fəaliyyətində əks olunur və televizor texnologiyasının gələcəyi kimi OLED-ə əsaslı bir inamın olduğunu göstərir.

LG Dolby ilə əməkdaşlıq edərək Vision HDR-ı OLED televizorlarında tətbiq edən və Dolby Atmos səs imkanlarını öz flaqman dəstinə inteqrasiya edən ilk televiziya istehsalçısı oldu. Artıq istehlakçılar rəng, aydınlıq və kontrast dərinliyini təmin edən inqilabi Dolby texnologiyası ilə evdə əsl kino keyfini yaşaya bilərlər.

LG-nin OLED televizorlarını şirkətin qabaqcıl səs sistemləri ilə birlikdə istifadə etmək olar. Bu soundbarlar səsin otaqda və tamaşaçıların ətrafında inanılmaz reallıqla yayılmasını təmin edən Dolby Audio sisteminə malikdir. Dünyanın bir çox aparıcı mobil telefon, planşet və ağıllı saat istehsalçıları da OLED texnologiyasından rəqabət yarışında öndə olmaq və istehlakçıları daha cazibədar və parlaq ekran imkanları ilə təmin etmək üçün istifadə edirlər.

OLED artan əməliyyat səmərəliliyi ilə yanaşı, daha dəqiq, təbiətdəki rəngli görüntünü təmin etmək potensialına görə elektronika sənayesində hökmranlıq etməyə davam edir. LCD ekranlar panel quruluşuna görə həqiqi qara rəngin verilməsində məhdudiyyətləri olan LED arxa işıqlandırma tələb edir. Müqayisə üçün deyək ki, OLED texnologiyası heç bir əlavə vasitə olmadan təbii qara rəngi əldə etməyə qadirdir. Bu, işığı daha dəqiq və daha real rəng əldə etməyə imkan verən piksel səviyyəsində idarə etməklə həyata keçirilir.

LG daima istehlakçılara ən yaxşısını verməyə can atır və televizor kateqoriyasında liderliyini təmin edən texnologiyalara investisiya qoymağa davam edəcək.


LG Electronics Ev Əyləncəsi Şirkəti Haqqında 

LG Ev Əyləncəsi bölümü televizorlar, audio və video sistemlər, monitorlar, proyektorlar və portativ kompüterlər üzrə sənaye lideridir. Premium televizor kateqoriyasına inqilabi yeniliklər gətirən OLED televizorları ilə şirkət, bu sənayenin tanınmış innovatorudur. Öz kateqoriyasında lider olan OLED və mükafat laureatı NanoCell televizorları ilə LG müştərilərinin həyatını innovativ ev əyləncəsi məhsulları ilə təkmilləşdirməyə çalışır. Daha ətraflı məlumat almaq üçün www.LGnewsroom.com saytına daxil olun. 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment