1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


UNEC-də sahibkarlığın inkişafında vergi siyasəti müzakirə olunub
18.12.2019

Baki, FinanceTime. Azərbaycan Dövlət İqtisad Universitetində “Sahibkarlığın inkişafında vergi siyasəti: beynəlxalq təcrübə və Azərbaycan nümunəsi” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdən öncə Rusiyanın Y.T.Qaydar adına İqtisadi Siyasət İnstitutunun aparıcı elmi işçisi İlya Sokolov UNEC-in rektoru, professor Ədalət Muradovla görüşüb. Görüşdə hər iki universitet arasında əməkdaşlıq imkanları müzakirə olunub. Birgə elmi tədqiqatların aparılması, layihələrin həyata keçirilməsi, konfransların təşkili istiqamətində fikir mübadiləsi aparılaraq, əməkdaşlıq memorandumunun imzalanmasına dair razılıq əldə olunub.

Sonra UNEC-in professor-müəllim heyətinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin rəsmilərinin, dövlət qurumlarının rəhbərlərinin, biznes nümayəndələri və elm adamlarının iştirakı ilə dəyirmi masa öz işinə başlayıb.

UNEC-in Elmi fəaliyyətin təşkili və idarə olunması departamentinin direktoru Zahid Məmmədov əmək bazarının tələblərinə cavab verən kadr hazırlığının ali təhsil müəssisələri qarşısında duran vacib məsələlərdən biri olduğunu qeyd edib. O, müvafiq istiqamətdə elm-təhsil-biznes vəhdətinin xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq, UNEC-də elmin və iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə elmi tədqiqat mərkəzlərinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

Tədbirdə “Carlsberg Azerbaijan” şirkətinin baş direktoru Vyaçeslav Malçev təqdimatla çıxış edərək, təmsil etdiyi şirkətin fəaliyyət istiqamətlərindən danışıb. Həmçinin Azərbaycan hökümətinin iqtisadi əməkdaşlıq sahəsində atdığı addımları yüksək qiymətləndirərək, dövlət və özəl sektorlar arasında səmərəli əlaqələrin qurulduğunu  bildirib.

İqtisadiyyat Nazirliyinin Vergi siyasəti Baş İdarəsinin rəisi Samirə Musayeva isə  çıxışında ölkədə vergilər sahəsində həyata keçirilən islahatlardan danışıb. Mikro və makro sahibkarlığın inkişafında vergilərlə bağlı tətbiq olunan stimullaşdırıcı tədbirlər, KOS subyektlərinə dövlət dəstəyi, onların klasterləşdirilməsi barədə ətraflı məlumat verib. Nazirlik rəsmisi kölgə iqtisadiyyatı ilə mübarizə məqsədilə vergi siyasətində konkret istiqamətlərin müəyyən edildiyini bildirib, həyata keçirilən islahatların, həm də sahibkarların inzibatçılıq yükünün azaldılmasına xidmət etdiyini vurğulayıb.

Y.T.Qaydar adına İqtisadi Siyasət İnstitutunun aparıcı elmi işçisi İlya Sokolov isə  dövlət və özəl sektorlar arasında əməkdaşlıqda beynəlxalq təcrübədən danışıb.

Tədbir müzakirələrlə davam edib. Dövlət orqanlarının yeni məcəllələrinin hazırlanmasında elmi müəssisələrin yaxından iştirakının vacibliyi, vergi hüquqpozmalarında beynəlxalq təcrübənin öyrənilməsi, startap layihələrinə güzəştli vergilərin tətbiqi və digər təkliflər səsləndirilib.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment