1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Unibank yeni biznes məhsulunu təqdim etdi
17.12.2019

Baki, FinanceTime. Biznes tərəfdaşınızın sizdən aldığı məhsulun və ya xidmətin dəyərini ödəyəcəyini aylarla gözləməyin. Həmin vəsaiti artıq sizə Unibank ödəyəcək. “Unibank”ın biznes sahiblərinə təqdim etdiyi “Ticarətin maliyyələşdirilməsi” adlı kredit məhsulu, şirkətlərin yerli debitor və kreditor borclarının faktura dəyərinin 90%-dək hissəsinin maliyyələşdirilməsi imkanı yaradır.

Bu məhsul çərçivəsində sahibkarlara təqdim olunan  “Faktorinq” və “Satışın maliyyələşdirilməsi” kredit məhsulları, təhcizatçının borcunun alıcı tərəfindən deyil, Bank tərəfindən ödənişini nəzərdə tutur.                                                                           

“Unibank” KB ASC-nin Korporativ Bank xidmətləri departamentinin direktor müavini Samir Mustafayev bildirib ki, bu məhsullar müştərilərə dövriyyə vəsaitlərindən rahat və sürətli istifadə imkanı verir: “Faktorinq və Satışın maliyyələşdirilməsi məhsullarından istifadə zamanı satıcı, satdığı malın və ya gördüyü işin dəyərinin alıcı tərəfindən ödənilməsini gözləmədən, etdiyi satış və göstərdiyi xidmət dəyərinin 90%-ə qədərini “Unibank”dan əldə edə bilir. Nəticədə isə müştərilər işlərini dayandırmadan, biznesinizlə bağlı digər plan və öhdəlikləri çox rahatlıqla və vaxtında yerinə yetirir. Məhsulun təminatsız olması, minimal sənəd tələbi və kreditdən daha ucuz olması, bu məhsulun üstünlüklərindəndir. Deyək ki, sahibkar 50 000 manatlıq məhsul satıb və ya xidmət edib. Xidməti alan tərəf isə bir neçə ay sonra ödəmək imkanındadır. Bu halda həmin borcun 90%-ə qədərini, təqdim olunan sənəd əsasında Unibank ödəyir. Bir növ bank borcu satın alır. Borclu olan tərəf isə möhlət verilən tarixədək aldığı məhsulun (xidmətin) pulunu banka ödəyir”.

 “Ticarətin maliyyələşdirilməsi” məhsulları həm alıcı, həm də satıcı şirkət üçün üstünlüklərə malikdir. “Faktorinq” və “Satışın maliyyələşdirilməsi” məhsulları satıcı üçün alıcının ödəniş etməsini gözləmədən, maliyyə vəsaitini əldə etmək imkanı yaratmaqla, alıcı üçün də ödənişdə möhlət qazanmaqla yanaşı, satınalmalarını əlavə risk və xərc olmadan artırılması imkanı qazandırır. Bu məhsullar daim çeviklik və yeni etibarlı ticarət partnyorları tapmağı hədəfləyən KOS seqmenti üçün çox əhəmiyyətlidir. 

Unibank geniş çeşidli məhsul və xidmətləri ilə biznes sahiblərinin xidmətindədir. Sahibkarlar həftə ərzində saat 09.00-dan 17.00-dək “Qara Qarayev”, “İçərişəhər” , “Dərnəgül”, “Yasamal”, 15 saylı, “Neftçilər”, “Əhmədli”, “Əcəmi” filiallar və “Unibank- biznes mərkəzi”nə, eləcə də “Unibank”ın bölgə filiallarına müraciət edə bilərlər.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan http://www.unibank.az/az/corporate-clients  əldə etmək olar.

Unibank- Biznesinizə daimi dəstək!


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment