1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Dr. Səidə Kərimova “Həkim məsləhəti” rubrikasında izləyicilərin suallarını cavablandırıb
17.12.2019

Baki, FinanceTime. Mərkəzi Gömrük Hospitalının fizioterapevt-reabilitoloqu Dr. Səidə Kərimova “Həkim məsləhəti” rubrikasında bel ağrıları və bu ağrıların səbəbləri barədə izləyicilərin suallarını cavablandırıb. Həkimin tövsiyələrini nəzərinizə çatdırırıq.

Belimiz nədən ağrıya bilər?

Demək olar ki, hamımız bel ağrısının nə olduğunu bilirik; ya özümüz rastlaşmışıq, ya da dost-tanışlarda bu  problem olub. Rəsmi statistikaya görə əhalinin 80%-i bu ağrılı vəziyyətdən əziyyət cəkir, ya da həyatda heç olmasa bir dəfə əziyyət çəkib. Qadınlarda və kişilərdə təxminən eyni tezliklə rast gəlinir. Bel ağrısının intensivliyi  uzunmüddətli sızıltıdan çox kəskin və hərəkəti tam məhdudlaşdıran simptoma qədər dəyişə bilər.

Bel ağrısı qəflətən başlaya bilər (misal üçün, ağır bir əşya qaldırandan sonra), ya da zamanla bel strukturunda dəyışikliyə görə tədricən başlayır. Ən çox hallarda bel ağrısı kəskin başlanğıcla müşahidə olunur və bir neçə gün ya bir neçə həftə çəkir. Xroniki ağrılar 12 həftədən cox çəkir. Təxminən 20% hallarda kəskin ağrısı olan pasiyentlər sonra xroniki ağrı sindromu ilə qarşılaşır.

Bel ağrıları əksər hallarda mexaniki səbəblərə görə başlayır, yəni onurğanın strukturların (fəqərələr, disklər, əzələ və bağlar) normal yerləşməsi, struktur və hərəkətinin pozulması nəticəsində baş verir.

Bel strukturları hansılardır? 

Onurğanın bel hissəsində 5 fəqərə var (L1_L5) və onlar yuxarı gövdənin ağırlığını daşıyır. Fəqərəarası məsafələrdə yumru yastıqçalar var – bunlar fəqərəarası disklərdir. Bu disklər fəqərələrə düşən ağırlığı və hərəkət zamanı dinamik yüklənməni öz üzərinə götürür. Diskin quruluşu haqqında biz fəqərəarası disk yırtıqları mövzusunda daha ətraflı  danışarıq. Bağlar və vətərlər fəqərələri fiksasiya edir və əzələləri onurğaya birləşdirir. 31 sinir cütu onurğadan çıxır və bədənin hərəkətlərini kontrol edib bədəndən siqnalları beyinə otürür.

Bel ağrılarının səbəbləri

Aşağıdakılar bel ağrılarının  tez-tez rast gəlinən səbəbləridir. Hər biri ayrı bir patologiya olduğuna görə burada sadəcə qısa bir məlumat verəcəyik.

Onurğa əzələsinin və bağların dartılması - bu tip kəskin ağrılar əzələ və bağların həddən artıq  gərilməsi və zədələnməsi ilə bağlıdır. Çox vaxt narahat, ağır və texniki düz olmayan hərəkətdən sonra əmələ gəlir. Bu tip hərəkətlər bel əzələlərində ağrılı spazm da yarada bilər. Bel əzələləri ilə bağlı ağrılar ayrı sindrom kimi də çıxış edə bilər (m. Psoas sindromu və s.)

Spondilyoz və fəqərəarası disklərin degenerasiyası. Ən cox rast gəlinən səbəblərdən biridir. Bu proses onurğa sütünunun elementlərinin normal strukturu dəyişəndə baş verir. Daha çox yaşlanma prosesi ilə əlaqədar olur.

Disk yırtıqları və protruziyalar. Çox geniş yayılmış problemdir  və növbəti postumuzun mövzusudur.

Radikulopatiya - bu vəziyyət sinir kökünün sıxılması, zədələnməsi və iltihablaşması nəticəsində baş verir. Sinir sıxılanda ağrı, keyləşmə və digər simptomlar sinir innervasiya sahəsində müşahidə oluna bilər. Radikulopatiya ən çox spinal stenoz və disk yırtığı zamanı sinir sıxılmasında baş verir.

İşiaz - oturaq sinirin iltihablaşmasıdır. Bu sinir bədənin ən iri və uzun siniridir. Bel nahiyəsində bir neçə sinirin birləşməsindən əmələ gələn bu sinir ayaq pəncəsinə  qədər uzanır. İşiazda müxtəlif ağrilar ola bilər, beldən başlayıb ayağın barmaqlarına qədər irradiasiya verə bilər. Kəskin, yandırıcı, “cərəyan vuran” kimi, ya da yorucu sızıltı şəklində ağrılar olur.

Piriformis sindrom - oturaq sinirinin piriformis əzələsinin altında sıxılması, ya da qıcıqlanması nəticəsində baş verən ağrılı bir sindromdur. İşiazın təxminən 5%-i bu  sindromla bağlı olur. Travmalar və uzunmüddətli oturaq rejimi bu sindromun yaranmasının əsas səbəblərindəndir.

Spondilolistezis - bu hallarda fəqərələr normal pozisiyasından “sürüşür” və onurğa beyini və sinirlərini sıxa bilər.

Spinal stenoz- onurğa kanalının daralması nəticəsində baş verir və sinirlərin sıxılması ilə müşahidə olunur. Bu vəziyyətdə hərəkət zamanı ayaqlarda keyləşmə və ağrı olur. Stenoz artdıqca ayaqlarda zəiflik, hissiyyat və hərəkət pozulması baş verə bilər.

Onurğa deformasiyaları - skolioz (bel əyriliyi), lordoz və digərlər. Onurğa deformasiyalarında əzələlər həddən artıq və assimetrik yüklənir, bu da öz növbəsində ağrılara yol aça bilər.

Bəzən bel ağrısı daha ciddi xəstəliklərlə bağlı olur. Onların arasında infeksion proseslər, törəmələr, abdomen və çanaq orqanlarında patologiyaları və s. qeyd etmək olar. Buna görə də, bel ağrılarından əziyyət çəkənlər vaxtında müayinədən və müalicədən keçməlidir.

Bir sıra  xəstəliklərdə də tez -tez bel ağrısına rast gəlmək olar:

Oynaqların iltihabi xəstəlikləri, osteoartrit, revmatoid artrit, spondilit və s.

Osteoporoz - sümük möhkəmliyinin azalması, bu xəstəlik eyni zamanda  fəqərələrin və digər sümüklərin sınıqlarına səbəb ola bilər.

Fibromialgiya - xroniki yayılmış ağrı sindromu, əzələlərdə ağrı və zəifliklə müşahidə olunur.

Biz bel ağrılarının tez-tez rast gəlinən səbəblərini qısa olaraq qeyd etdik. Növbəti postumuzda  bel ağrılarının yaranmasında risk faktorlarından və  fəqərəarası disk yirtiqları və protruziyadan danişacağıq. Bizimlə qalın!

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment