Baki, FinanceTime. 13 dekabr 2019-cu il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50203776S dövlət qeydiyyat nömrəli, 30 mln manat həcmində, 84 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 12 investor tərəfindən qiymət intervalı 97.9431 AZN (9.00%) və 98.7329 AZN (5.50%) olan 12 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 162,331,300.00 AZN olmuşdur.
AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 98.7329 AZN (5.50%), orta ölçülmüş qiyməti 98.7329 AZN (5.50%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30 000 000.00 AZN təşkil etmişdir.
Notların ödəmə tarixi 09.03.2020