1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


“Unibank”ın bütün bankomatları üçfunksiyalı oldu
13.12.2019

Baki, FinanceTime. Unibank ATM-lərini yeniləyərək üç funksiyalı edib. İndi bankın bütün bankomatları cash-in (mədaxil), cash out (məxaric) və valyuta mübadiləsi imkanına malikdir. Unibank hazrda ölkəmizdə bütün ATM-ləri üç funksiyanı özündə birləşdirən bankomat şəbəkəsinə malik ilk bankdır. 

Bütün ATM şəbəkəsinin həm pul daxil etmək, həm pul çıxarmaq, həm də valyuta mübadiləsi imkanı olan bankomatlarla əvəzlənməsi,  “Unibank”ın rəqəmsal bankçılığın inkişafı istiqamətində daha bir addımıdır. Məqsəd, müştərilərə daha geniş innovativ xidmətlər təklif etməkdir. Yalnız cash-out imkanı verən əvvəlki bankomatları əvəz edən yeni qurğuların interfeys rahatlığından tutmuş, cash-in, cash out və valyuta mübadiləsi funksiyalarınadək bir çox üstünlükləri var. Bu funksiyaların bir aparatda birləşdirilməsi isə müştərinin rahatlığını artırmaqla yanaşı, onu banka gəlmək, növbədə gözləmək, daha çox vaxt itirmək, ayrı-ayrılıqda bankomat və cash in axtarmaq kimi qayğılardan azad edir. Yəni bütün bu əməliyyatlar üçün lazım olan funksiyalar indi bir aparatda - yeni bankomatlarda birləşdirilib.

Yeni interfeys, ekranın touch screen olması və xüsusi qoruyucu örtüklə təchiz edilməsi, həm rahatlıq, həm də əlavə təhlükəsizliyi təmin edir. Yeni ATM-lərdə mədaxil etmək daha rahatdır, çünki cash-in qurğusundan fərqli olaraq əskinasları aparata bir-bir salmağa ehtiyac yoxdur. Yeni bankomat birdəfəyə 300 ədəd əskinas mədaxil etmək, 210 ədəd əskinası isə məxaric etmək funksiyasına malikdir. Qurğunun valyuta mübadiləsi funksiyasına malik olması, müştərilərin bu sahədəki tələbatını ödəmək üçün çox vacib əhəmiyyətə malikdir. Müştərilər rahat şəkildə dollar və manat arasında qarşılıqlı valyuta mübadiləsi edə bilirlər. 

Yeni bankomatlarda “Unitransfer” pulköçürmə sistemi vasitəsi ilə göndərilən vəsaiti nağdlaşdırmaq da mümkündür.  

Bankın xidmət və məhsulları haqqında ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

Unibank- hər kəsin bankı!


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment