1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Sahibkarlar smart kassalara üstünlük verir
13.12.2019

Baki, FinanceTime. Türkiyənin məşhur Golden Rose brendi zəngin dekorativ kosmetika, parfümeriya və qulluq vasitələri seçimi ilə artıq uzun illərdir ki, ölkəmizdə uğurla təmsil olunur. Golden Rose yüksək keyfiyyətli məhsullar, əlverişli qiymətlər, xüsusi təklif və kampaniyaları ilə xanımların ən sevdiyi mağazalardan birinə çevrilib. 

Golden Rose həm də müştərilərinə daha rahat xidmət göstərmək və daxili iş prosesini yüngülləşdirmək məqsədi ilə öz mağazalarında sahibkarlar üçün yeni təqdim olunan smart kassaları ilk quraşdıran şirkətlərdən biri olub. Golden Rose-un Gənclik Mall-da yerləşən dükanının əməkdaşı Kəmalə Salmanova yeni nəsil kassa cihazları barədə danışdı.

“Son zamanlar ölkəmizdə nağdsız əməliyyatların həcmi əhəmiyyətli dərəcədə artmaqdadır. İnsanlar ödəniş edərkən daha çox bank kartlarından istifadə etməyə üstünlük verirlər. Məhz bu səbəbdən şəbəkəmizin şöbələrinə ənənəvi terminallarla müqayisədə daha innovativ, rahat və geniş funksionala malik olan yeni smart kassalar quraşdırıldı. Yeni cihazlar vasitəsilə biz anbar və mühasibat uçotunu apara bilirik, bu isə hesabatların tərtib olunmasına sərf olunan vaxta qənaət etməyə imkan yaradır. Həmçinin yeni kassalar müştərilərimiz üçün də çox əlverişlidir. Belə ki, yeni nəsil “ağıllı” kassalar vasitəsilə POS terminal xidməti, kassa aparatı, QR, taksitlə ödənişlərin qəbulu, Cash-back və digər loyallıq sistemləri üzrə əməliyyatların aparılması mümkündür. Yeri gəlmişkən, qeyd edim ki, smart kassalar dükanımıza sərfəli şərtlərlə Kapital Bank tərəfindən quraşdırılıb”, – deyə, Kəmalə Salmanova bildirdi.

Kəmalə xanım mağazada müştərilərə təqdim olunan ödəniş imkanları və hazırda keçirilən kampaniya barədə də məlumat verdi. “Bildirmək istərdim ki, Golden Rose-da taksitli alış-veriş etmək də mümkündür. BirKart taksit kartı ilə istənilən məhsulu əldə edərkən, malın qiymətini aylara bölərək hissə-hissə ödəmək olar. Bu zaman heç bir əlavə faiz və ya komissiya tətbiq olunmur. Həmçinin hal-hazırda mağazamızda özəl kampaniya keçirilir. Kampaniyanın şərtlərinə görə BirKart vasitəsilə taksitlə minimum 50 AZN məbləğində alış-veriş edən hər müştəri müxtəlif hədiyyələrdən birini qazanacaq”, – deyə, Golden Rose-un əməkdaşı əlavə etdi.

Yeni il üçün kosmetika çantanızı hələ də yeniləməmisiniz? O zaman Golden Rose-da sərfəli qiymətlərlə orijinal kosmetika, parfümeriya və qulluq vasitələrini əldə etməyə tələsin.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment