1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalında ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş tədbir keçirilib
13.12.2019

Baki, FinanceTime.  12 dekabr 2019-cu il tarixində Mərkəzi Gömrük Hospitalında ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım, Mərkəzi Gömrük Hospitalının baş həkimi Elman Məmmədov, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov və Hospitalin kollektivi iştirak ediblər. Tədbir iştirakçıları ulu öndərin xatirəsini 1 dəqiqəlik sükütla yad ediblər.

Tədbiri giriş sözü ilə açan Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov ümummilli lider Heydər Əliyevin Azərbaycan səhiyysinə etdiyi töhfələrdən danışıb. Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov, ümumi cərrah Aynur Səfiyeva, ümumi cərrah Namiq Novruzov, cərrah transplantoloq Mircəlal Kazımi və tibb bacısı Şəfəq Tanrıverdiyeva ulu öndər Heydər Əliyevin Azərbaycan səhiyyəsinin inkişafı, Azərbaycan həkimlərinin milli kadr kimi yetişməsi üçün yaratdığı şəraitdən danışıblar.

Tədbirdə qeyd edilib ki, ulu öndər Heydər Əliyevin xüsusi diqqət və qayğısı sayəsində müstəqillik dövründə ölkəmizdə səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması sahəsində əhəmiyyətli nailiyyətlər əldə etmək mümkün olmuşdur. Onun bilavasitə rəhbərliyi ilə ölkənin səhiyyə sistemində ardıcıl və məqsədyönlü işlər görülmüş, islahatlar aparılmışdır. Ulu öndər ölkəmizin səhiyyə işçilərinin, tibb alimlərinin beynəlxalq arenaya çıxmalarına şərait yaradırdı. İndi Azərbaycanın milli tibbi kadrları nəinki ölkəmizdə, hətta dünyanın bir sıra inkişaf etmiş dövlətlərinin məşhur səhiyyə müəssisələrində uğurla fəaliyyət göstərirlər. Heydər Əliyevin adı Azərbaycan xalqının qəlbində daim yaşayacaq.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment