1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azercell-dən 5G virtual oyunları və fotomüsabiqə!
12.12.2019

Lider mobil operator “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkasında bir ay ərzində həm supersürətli virtual oyunlar, həm də hədiyyəli müsabiqələr təqdim edir

Baki, FinanceTime. Azercell Telekom ənənəsinə sadiq qalaraq bu il də dekabrın 1-dən yanvarın 6-dək “Nargis Fund” tərəfindən Fəvvarələr meydanında keçirilən “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasına dəstək olur. Xatırladaq ki, xeyriyyə yarmarkasından toplanan vəsait ənənəyə uyğun olaraq, müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyatlarına sərf ediləcək. 

Ötən ay Bakının Fəvvarələr Meydanında ilk dəfə 5G sürət sınağını həyata keçirən Azercell şirkəti bu ilki yarmarka ziyarətçilərinə müasir zamanın ən qabaqcıl və sürətli əyləncə vasitəsi - 5G virtial oyunlarını təqdim edir. Belə ki, heç bir ləngimə olmadan, sürətli və etibarlı bağlantını təmin olunduğu əsl oyun həyəcanını yarmarkaya gələn hər kəs özü yaşaya bilər. İştirakçılar xüsusi Oculus RIFT dəsti vasitəsilə  virtual idman ərazisində “multiplayer” rejimində  özlərini çoxsaylı oyunçulardan biri olaraq  təsəvvür edəcəklər. Bütün bunlar Azercell-in ölkəmizdə ilk dəfə olaraq test rejimində təqdim etdiyi 5G sürəti ilə mümkün olacaq.

Bundan əlavə, Azercell “Soyuq Əllər, İsti Ürək” yarmarkasına gələn hər kəs üçün Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə “Rəqəmsal dünyada da həmrəy olaq!” şüarı altında foto müsabiqə elan edir. 5 yanvar 2020-ci il tarixinə qədər keçiriləcək müsabiqənin iştirakçıları müsabiqə mövzusunun atributikasına aid çəkdikləri şəkli Azercell heşteqi altında Facebook və İnstagram səhifələrində yükləməklə şirkətdən dəyərli hədiyyələr əldə edəcəklər.

Müsabiqənin şərtləri ilə aşağıdakı səhifə vasitəsilə daha ətraflı tanış olmaq olar: www.azercell.com/musabiqe

Beləliklə, “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkasının Azercell guşəsini ziyarət edən hər kəs soyuq qış günlərində həm əylənə, həm də hədiyyə qazana biləcək.  

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment