1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“AmCham Azərbaycan” üzvləri üçün Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovla görüş təşkil etdi
12.12.2019

Baki, FinanceTime. Azərbaycanda Amerika Ticarət Palatası (AmCham Azərbaycan) üzvləri üçün Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovun iştirakı ilə görüş təşkil edib. Görüşdə Cənab Hüseynov bu sahədə görülən işlər, qarşıya qoyulan hədəflər barədə danışıb. 

Diplomatik korpusun nümayəndələri də daxil olmaqla, tədbirdə AmCham-ın təxminən 100 üzvü və tərəfdaşı iştirak edib.

Görüşdə Vüsal Hüseynov Dövlət Miqrasiya Xidmətinin missiyası və məqsədləri, bu sahədə görülən işlər, əldə olunan nəticələr və qarşıya qoyulan hədəflər barədə məlumat verib. Bildirib ki, ölkədə həyata keçirilən miqrasiya siyasətinin əsas prioritet istiqaməti bütün tərəflərin - istər dövlət və özəl sektor, istərsə də əcnəbilərin və vətəndaşların yararlanmasını təmin etməkdir. Bu məqsədlə normativ hüquqi bazanın daha da təkmilləşməsi, xidmətlərin əlçatan, şəffaf, səmərəli və keyfiyyətli olmasının təmin edilməsi, innovasiyaların tətbiqi diqqət mərkəzində saxlanılır. Məhz normativ bazanın və göstərilən xidmətlərin təkmilləşməsində Məşvərət Şurasının təklifləri nəzərə alınır. Xüsusilə biznes forum, işgüzar nahar və görüşlərin təşkili bu istiqamətdə nailiyyətlərin əldə olunmasına öz töhfəsini verir. 

Xidmət rəisi qeyd edib ki, Dövlət Miqrasiya Xidməti “ASAN xidmət indeksi” üzrə son iki ildə ən yüksək nəticəni göstərib (68.98% və 83.81%). 

Sonra Dövlət Miqrasiya Xidmətinin rəisi  sualları və müraciətləri cavablandırıb.

AMCHAM nümayəndələri səmərəli görüşə və DMX rəhbərliyinin biznes sektoru təmsilçiləri ilə belə işgüzar müzakirələrə verdiyi önəmə görə razılıqlarını ifadə ediblər.

Bununla yanaşı, tədbirdə bir neçə üzv şirkətin fəaliyyəti və xidmətləri barədə təqdimatlar nümayiş olunub. 

Qeyd edək ki, AmCham Azərbaycan üzvlərinin işgüzar görüşləri Palata tərəfindən hər ay təşkil olunur və burada yüksək vəzifəli hökumət rəsmiləri, beynəlxalq maliyyə qurumlarının rəsmi şəxsləri və diplomatik korpusun nümayəndələri iştirak edirlər.

AmCham Azərbaycan xarici və yerli biznesin maraqlarını dəstəkləyən və təşviq edən qeyri-kommersiya əsaslı aparıcı ticarət-sənaye assosiasiyasıdır. 1996-cı ildə yaradılmış AmCham Azərbaycan iqtisadiyyatın hər sektorunda fəaliyyət göstərən 280-dən çox üzv şirkəti özündə birləşdirir. Palata ölkədə bütün xarici investisiyaların təxminən 80 %-ni, eləcə də yerli investisiyaların mühüm hissəsini təmsil edir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment