1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Mastercard”la nağdsız Azərbaycana doğru
12.12.2019

Baki, FinanceTime.  “Mastercard” Azərbaycan KİV-ləri üçün növbəti “Media Day” tədbirini yenicə əməkdaşlıq müqaviləsi imzaladığı “CinemaPlus” kino zalında təşkil etdi. 

Tədbirdə çıxış edən “Mastercard”ın Azərbaycan üzrə ölkə meneceri Erdem Çakar şirkətin ötən ilin davamı kimi 2019-cu ildə də bir sıra layihələr həyata keçirdiyini və bu layihələrin Azərbaycanda ümumi istehlakçı xərclərində nağdsız ödənişlərin dərəcəsini artırmaq üçün reallaşdırıldığını bildirdi.

“Biz Azərbaycan Mərkəzi Bankı ilə həyata keçirdiyimiz “Nağdsız Azərbaycan” proqramına sadiqliyimizdən dolayı xoşbəxtik. Səyahətçiləri xüsusi təkliflər vasitəsilə imtiyazlarla təmin etdiyimiz kimi, Azərbaycanın da ticarət təkliflərindən mümkün qədər daha çox faydalandığından əmin olmaq üçün “Priceless” (“Qiymətsiz”) kampaniyasını genişləndirməyə davam edirik. “Mastercard” olaraq biz, Azərbaycanın rəqəmsal gələcəyinə yatırım etməyə davam edəcəyik. Azərbaycan “Mastercard” üçün hər zaman vacib bazar olub və belə olaraq da qalır və biz onun nağdsız cəmiyyət yolunda necə irəlilədiyini görə bilirik.” 

“Mastercard” bu yaxınlarda Azərbaycanda özünün “Masterpass” xidmətini başladıb. “Masterpass” “Mastercard”ın bir kliklə ödəniş platformasıdır. Bu xidmət sayəsində onlayn alış-veriş asan, təhlükəsiz və rahat olur. “Masterpass” debet və kredit kartın məlumatlarını özündə saxlayır və daha tez ödəmə təcrübəsi təmin edir. 

“Mastercard”ın nümayəndəsi çıxışında həm də “Hesab.az” onlayn ödəniş portalı ilə bu yaxınlarda başlatdıqları əməkdaşlıqdan da danışıb. “Hesab.az” portalında “Masterpass” vasitəsilə bir kliklə ödəniş imkanı təklif olunur. “Mastercard” rəsmisi “Hesab.az”la yanaşı müxtəlif platformalarla həyata keçirilən digər əməkdaşlıqlardan və bu əməkdaşlıqların rəqəmsal ödənişlərin sayını artırmasından da söz açıb. 

“Media Day” yeni reklamların təqdimatı və sual-cavab sessiyası ilə davam edib.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment